İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə şirkəti Çində 6.4 milyard dollarlıq layihəyə başlayır

401 23.01.2024 00:26 Dünya A A

Səudiyyə Ərəbistanının neft-kimya şirkəti “Saudi Basic Industries Corporation” (Saudi Aramco tərəfindən idarə olunan SABIC) Çinin Fujian əyalətində neft-kimya kompleksinin tikintisi layihəsi üzrə yekun investisiya qərarının verildiyini açıqlayıb.

Müəssisə 51 faiz payla SABIC Industrial Investments Company (SABIC-in törəmə şirkəti) və dövlətə məxsus “Fujian Fuhua Gulei Petrochemical” (49 faiz) arasında tərəfdaşlıq əsasında təşkil olunacaq.

Kompleks 1,8 milyon ton etilen istehsalı gücünə malik krekinq qurğusundan, etilenqlikol, polietilen, polipropilen, polikarbonat və digər məhsulların istehsalı üçün texnoloji xətlərdən ibarət olacaq.

Layihənin dəyəri 6,4 milyard dollar qiymətləndirilir.Tikintiyə 2024-cü ilin birinci yarısında, sınaq istismarına isə 2026-cı ilin ikinci yarısında başlanacaq. Kommersiya istismarının başlanması 2027-ci ilin birinci yarısına planlaşdırılır.

SABIC, mərkəzi Ər-Riyadda yerləşən dünyanın ən böyük neft-kimya şirkətlərindən biridir. Səhmlərinin 70 faizi Saudi Aramco-ya məxsusdur, qalan 30 faizi isə Səudiyyə Birjasında ticarət olunur. SABIC-in üç biznes bölməsi var: neft-kimya, gübrələr və xüsusi məhsullar, həmçinin ayrıca “Hadeed” şirkəti vasitəsilə metallurgiya sahəsində fəaliyyət göstərir. Təxminən 50 ölkədə işləyir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR