MBS əlindəki mətbuatla əsasən Türkiyəni qaralamağa çalışır
Səudiyyə Ərəbistanı mediası bütünlüklə şahzadə Məhəmməd bin Salmanın müdafiəsi üçün səfərbər edilib. “Ölkə mətbuatı onun sui-qəsdə qurban getdiyini yazır”, - Almaniyanın “Der Spiegel” qəzetindən Kristof Sidof yazır.
Əsas sui-qəsdçilər isə Qətər, Türkiyə, İran, “Müsəlman qardaşları”, İsrail, hətta homoseksuallardır.
Ölkədə nisbətən liberal nəşriyyatlardan hesab olunan nüfuzlu “Okaz” saytı öz şahzadəsinin müdafiəsinə qalxıb və onun tənqidçilərinə qarşı amansızıqla hücum edir..
Məsələn, Qaşıqçının itməsindən 6 gün keçmiş “Okaz” onun ölümü ilə bağlı çıxan xəbərləri “Qətər mediası və “Müsəlman qardaşlar” tərəfindən uydurulmuş yalan xəbərlər seriyası” adlandırmışdı.
Paralel olaraq qəzet Qaşıqçının özünü qaralama kampaniyasına başlayır. Oktyabrın 11-də qəzetin icmalçısı Məhəmməd Əl-Saad C. Qaşıqçının 2017-ci ildə MBS-nin qan düşməni Qətər əmiri Tamim bin Hamad Əl Tani lə görüşdüyünü yazıb. Saad Qətərin Qaşıqçının çalışdığı “The Washington Post” qəzetinin səhmlərini yarısına sahib olması barədə yalan xəbər yayıb.
“Camal Qaşıqçı Qətərin MBS-yə qarşı istifadə etdiyi artilleriya idi”,-deyə yazan Saad sanki bununla onun öldürülməsinə haqq qazandırırmış.
“Okaz”ın hədəfləridən biri də Türkiyə olub. “Türkiyə Qaşıqçının qeyb olmasına oyun kim baxır. Rəsmi Ankara bununla bağlı mətbuatda gedən informasiyaları durdurmaq üçün Səudiyyə Ərəbistanından pul qoparmaq istəyib,”- deyə qəzetin digər icmalçısı Hani Əldəxri bildirib.
“Qaşıqçının yoxa çıxdığı yer Türkiyədir. Səudiyyə Ərəbistanı buna neyləsin?”- deyə qəzetin yazarlarından Əhməd Əvəd qeyd edib.

“Okaz”ın gəldiyi ümumi xətt bundan ibarət olub ki,Qaşıqçı cinayətinin əsl qurbanı, heç demə, Səudiyyə Ərəbistanı imiş. Bütün bunlar şahzadə Məhəmməd bin Salmanın “Vision 2030” islahatlar proqramının qarşısını almaq üçünmüş.
“Əslində isə bütün bunlar Qətərdə Səudiyyə Ərəbistanına nifrət edən şəxslərin gecə və gündüz üzərində çalışdıqları komediyadır,”- Hani Əldəxri oktyabrın 17-də Qaşıqçının ölümü ətrafında yaranan situasiyanı belə təsvir edib.
Artıq Qaşıqçının ölümü Səudiyyə Ərəbistanının özü tərəfindən rəsmən etiraf edildikdən sonra düşmənlərinin dairəsi daha da genişlənib.
Bu dəfə Məhəmməd Əl Saad İsraili Avropadakı liberal ekstremistləri, onların hakimyyətlərindəki homoseksualları günahlandırmağa başlayıb.
“Səudiyyə Ərəbistanı İsrail tərəfindən təşkil olunan kampaniyanın qurbanı sayılır. Çünki yəhudi dövləti dövlətimizn tikmək istədyi 16 AES-ə görə özünü təhlükədə hiss edir”, - “Der Spiegel” “Okaz” qəzetinin fələstinli yazarı Bəşər Daraqham oktyabrın 27-də bu sözləri yazdığını bildirir.
“Qaşıqçı ətrafında qalmaqal dərinləşdikcə “Okaz” öz sui-qəsd ritorikasında daha da irəliyə gedib,”- Kristof Sidov qeyd edir.
“Bütün bunlar Səudiyyə Ərəbistanının İraqın, Suriyanın və Liviyanın gününə salmaq üçün qurulmuş alçaq plandır”,- artıq noyabrın 5-də yazar Məhəmməd Bəşir Əli Kürdi qəzetdə bu cür cümlələr işlədib.
Bu həftənin 1-ci günü isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin artıq Qaşıqçının ölümündə MBS-ni ittiham edə biləcəyi barədə informasiyalar yayıldıqdan sonra “Okaz”ın ritorikası bütün xəyal gücünü keçib.
“Qətərin kafir əmiri İsrail, İran və “Müsəlman qardaşlar”la Səudiyyə Ərəbistanını bölmək barədə saziş bağlayıb”,-“Der Spiegel” “Okaz”dakı məqalədən sitat gətirib.
Musavat.com






