İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə kralı 1 aylıq məzuniyyətinə 100 milyon dollardan çox pul xərclədi - FOTO

1590 24.08.2017 16:18 Dünya A A

Səudiyyə Ərəbistanı kralı Salman məzuniyyətini Mərakeşdə keçirib və bu müddət ərzində təxminən 100 milyon dollar xərcləyib.

BAKU.WS-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, kral Salmanla birlikdə 1000 nəfərə yaxın adamı da istirahət edib.

Məlumata görə, kral Salman 1 aylıq məzuniyyəti zamanı xərclədiyi pulla Mərakeşin turizminə ayrılan büdcəsinin 1,5%-ni ödəyib.

O, Mərakeşdə olarkən 30 hektar ərazisi olan şəxsi sarayında dincəlib. Kralın 200-dən çox maşını icarəyə götürdüyü bildirilir.

1 aylıq istirahət nəticəsində kral Salmanın 100 milyon dollardan çox pul xərclədiyi qeyd olunur.








 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR