İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə HHQ qüvvələri Yəməndən buraxılmış dronu vurub

377 21.06.2019 03:14 Dünya A A

Səudiyyə Ərəbistanın hava hücumundan müdafiə qüvvələri "Ənsar Allah" hərəkatından (husilər) olan Yəmən üsyançıları tərəfindən atılan pilotsuz uçuş aparatını vurublar.

Trend-in məlumatına görə, bunu Yəməndə vuruşan ərəb koalisiyasının nümayəndəsi Turki əl-Maliki deyib.

Turki əl-Malikinin sözlərinə görə, husilərin cinayətkar təşkilatı mülki obyektlərə zərbə vurmağa cəhd göstərib:

"Krallığın HHQ qüvvələri hücumu dəf edə bilib və husilər tərəfindən Cizana istiqamətində yönləndirilmiş pilotsuz uçuş aparatını vurub".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR