İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanının vəliəhdi Putinlə neft obyektlərinə hücumu müzakirə edib

643 18.09.2019 19:10 Dünya A A

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səudla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, telefon danışığı barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, V. Putin və Məhəmməd bin Salman Səudiyyə Ərəbistanındakı neft emalı zavodlarına edilən hücumu müzakirə ediblər.

"Rusiya Prezidenti baş vermiş hadisənin dəqiq və obyektiv araşdırılmasının vacibliyini vurğulayıb. Bundan başqa Putin və Əl-Səud neft-qaz bazarındakı vəziyyəti, OPEC+ həyata keçirdiyi sövdələşmələrin gedişatını və Rusiya prezidentinin Səudiyyə Ərəbistanı Krallığına səfərini müzakirə ediblər”,- deyə Kremlin yaydığı məlumatda qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR