Səudiyyə Ərəbistanında Yeni ili daha qeyd etməyəcəklər
Səudiyyə Ərəbistanının Günahların qarşısının alınması və fəzilətlərin inkişaf üzrə komissiyası ölkə vətəndaşlarına Qriqorian təqvimi üzrə Yeni ilin qeyd olunmasını qadağan edib. Musavat.com-un “Əl Cəzirə”yə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı sakinlərinə dekabrın 31-i və yanvarın 1-də Yeni ilin gəlişi ilə əlaqədar kütlə qarşısında sevinmək, mağazalara isə müxtəlif hədiyyələr, eləcə də, gül satmaq qadağaq edilib.
Qadağanın səbəbi kimi müsəlmanların Qriqorian təqvimi ilə yaşamadıqları göstərilib. Hökumət fətvaya istinad edib.






