İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanına məxsus hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

376 26.07.2016 02:34 Dünya A A
Yəməndə Səudiyyə Ərəbistanına məxsus “Apache” hərbi helikopteri qəzaya uğrayıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident paytaxt Sənadan şərqdə yerləşən Marib əyalətində qeydə alınıb.
 
Hadisə nəticəsində helikopterin göyərtəsində olan 2 pilot ölüb. İlkin məlumatlara görə, qəza əlverişsiz hava şəraiti səbəbindən baş verib.
 
Qeyd edək ki, bundan əvvəl Yəmənlə sərhəddə silahlılarla atışma zamanı Səudiyyə Ərəbistanının 5 hərbçisi həlak olub.
 
Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd  Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR