İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı Yəmən əməliyyatında ilk itkisini verdi

2783 03.04.2015 12:26 Dünya A A
Yəmən torpaqlarından Səudiyyə sərhəd gözətçilərinə açılan atəşdə 1 əsgərin öldüyü, 10 adamın yaralandığı açıqlanıb.

Yəmən torpaqlarından Səudiyyə Ərəbistanının Asir bölgəsində vəzifə yerinə yetirən Səudiyyə sərhəd gözətçilərinə açılan atəşdə 1 əsgərin öldüyü, 10 adamın yaralandığı bildirilir. 

Bildirilir ki, Səudiyyə Ərəbistanının Yəmən sərhədindəki Asir bölgəsində sərhəd keşikçi vəzifəsi icra edən gözətçilərə Yəmən torpaqlarından atəş açılıb. Hücumda 1 əsgər həyatını itirib. 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Daxili İşlər naziri İkinci vəliəhd şahzadə Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səud Nəcran və Asir bölgələrindəki sərhəd gözətçiləri komandirləri ilə bundan əvvəl görüş keçirmişdi. O, bildirmişdi ki, təhlükəsizliyi pozmaq istəyənlərə qarşı sərt tədbirlər görülməlidir. 

Qeyd edək ki, əməliyyatlara Səudiyyə Ərəbistanı, Bəhreyn, Qatar, Küveyt və Birləşmiş Ərəb Əmrliklərində ibarət Körfəz ölkələrinin yanında Mərakeş, Sudan, İordaniya və Misir də qatılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR