İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanı XİN: Dağlıq Qarabağ münaqişəsinin BMT qətnamələri çərçivəsində həllini dəstəkləyirik

668 28.09.2020 18:25 Gündəm A A

Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həllini dəstəkləyir.

APA-nın xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan arasındakı gərginliklə əlaqədar yaydığı bəyanatda bildirilib.

“Səudiyyə Ərəbistanı Krallığının hökuməti Ermənistanla Azərbaycan arasındakı vəziyyəti çox narahatlıqla və diqqətlə izləyir. Səudiyyə Ərəbistanı hər iki tərəfi atəşi dayandırmağa və münaqişəni BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həll etməyə çağırır”, - deyə bəyanatda qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR