İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərxoş sürücü yol polisinin gözü önündə içdi və kameraya hücum etdi

2788 08.12.2014 13:18 Hadisə A A

Dövlət Yol Polisi İdarəsinin sürücülərə qarşı başladığı reyd davam edir.

Reyd zamanı Babək prospektində maşını sərxoş idarə edən sürücü saxlanılıb.

"Mercedes" markalı maşının sürücüsü yol patrul xidmətinin əməkdaşlarına müqavimət göstərməyə çalışıb. O, hətta maşınında olan spirtli içkini polisin gözü qarşısında başına çəkib.

Karate ilə məşğul olduğunu deyən sərxoş sürücü ANS-in kamerasına əl atıb. O hətta xüsusi fənd işlətməyə cəhd edib. Lakin polislər ona imkan verməyiblər.

Reyddən sonra sürücü ekspertizaya, maşını isə cərimə eydançasına aparılıb (ANSPRESS).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR