İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərxoş halda transformatora girdi, yanaraq öldü - FOTO

958 28.01.2025 10:27 Hadisə A A

Bakıda 32 yaşlı kişi yanaraq ölüb.

Hadisə dünən gecə saatlarında Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib.

Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Ramiz Romanoviç Yakuner saat 02 radələrində sərxoş vəziyyətdə Şüvəlandakı “Günəşli” nevroloji sanatoriyasının həyətində yerləşən transformatora girib. Nəticədə o, ağır yanıq xəsarətləri alıb.

Ağır termiki yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan Ramiz Yakuner orada vəfat edib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.   (Qafqazinfo)

Fotoda Ramiz Yakuner

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR