İnsanlara hürriyət, millətlərə istiqlal!

Şərurda ağır qəzaya düşən cütlüyün yaxın vaxtlarda toyu olacaqdı FOTO

658 26.06.2024 10:25 Hadisə A A

Şərurda qəzaya düşən cütlük nişanlı olub.

Musavat.com "Şərq qapısı"na istinadən xəbər verir ki, ötən gecə rayonun Aşağı Daşarx kəndində baş verən qəzada avtomobildə olan Rahib Ələkbərov və Şəfəq Məmmədova nişanlı olublar.

Hadisə nəticəsində Siyaqut kənd sakini, 1993-cü il təvəllüdlü Rahib Mahir oğlu Ələkbərov vəfat edib. Nişanlısı 1993-cü il təvəllüdlü, Aşağı Daşarx kənd sakini Şəfəq Vahid qızı Məmmədova isə xəsarət alıb.

Qeyd edək ki, gələn həftə cütlüyün toyu olacaqdı.

***

Şərur rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Aşağı Daşarx kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, Siyaqut kənd sakini, 1993-cü il təvəllüdlü Rahib Mahir oğlu Ələkbərov ölüb, 1993-cü il təvəllüdlü Şəfəq Vaqif qızı Məmmədova isə xəsarət alıb.

Yaralı Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Kəllə-beyin travması alan Ş.Məmmədovanın vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR