İnsanlara hürriyət, millətlərə istiqlal!

Şərqdən başlayıb Avropaya dağıdıcı təsir edən faktorlar - inqilab, qaçqınlar, xəstəlik...

785 11.03.2020 11:00 Gündəm A A

Elxan Şahinoğlu: “Tarixən ən böyük problemlər elə Avropada yaşanıb, Şərqə isə onların təsirləri gəlib çıxıb”

Çindən başlayan, İranda ciddi itkilərə səbəb olan koronavirus Avropanı da təhdid edir. Koronavirus Qərb dövlətləri arasında ən çox  İtaliyada ölümlərə səbəb olub.

Ölənlərin sayı 97 nəfər artaraq 463-ə çıxıb.. Ölkədə iki həftə əvvəl aşkarlanan yeni növ koronavirusa (Covid-19) görə müalicə olunanların sayı 8 minə yaxındır, sağalan xəstə sayı isə 800 olub. İtaliyanın baş naziri Cüzeppe Konte koronavirusla əlaqədar ölkədə vətəndaşların hərəkətinin məhdudlaşdırılmasını nəzərdə tutan karantin tədbirlərinin genişləndirildiyini və bütün ölkəni qırmızı bölgə elan etdiklərini bildirib. İspaniyada yeni növ koronavirus faktlarının ən çox göründüyü Madrid muxtar idarəsində bir gündə ölüm və xəstə sayı iki qat artıb. Ölkə miqyasında Covid-19-a yoluxan insan sayı mini keçdikdə, baş nazir Pedro Sançez yaxın zamanda “təcili müdaxilə planı” tətbiq edəcəklərini açıqlayaraq, xalqı “birlik və sakit olmağa” çağırıb. Yeni növ koronavirus qurbanlarının sayının 25-ə çatdığı Fransada mədəniyyət naziri Frank Riester virusa yoluxub. Nazirin vəziyyətinin yaxşı olduğu bildirilib.  Almaniyada isə Şimali-Ren Vestfalya əyalətində 2 nəfərin virusa görə həyatını itirdiyi açıqlanıb. Ölkəyə daşıyıcı sayının mini keçdiyi bildirilib. İngiltərədə yeni növ koronavirusdan ölənlərin sayı 5-ə, daşıyıcıların sayı 319-a çıxdıqda, 2 nəfərin öldüyü İsveçrədə 369 nəfərdə virus aşkarlanıb.

Portuqaliyada koronavirus 32, Hollandiyada 321, Belçikada 239, Avsrtiyada 131, Çexiyada 32, Polşada 16, Yunanıstanda  84, İsveçdə 252, Danimarkada  59 nəfərdə aşkarlanıb. ABŞ miqyasında  koronavirusun aşkarlandığı 35 ştatda daşıyıcıların sayı 500-ü keçib, 21 nəfər həlak olub. 4 ştatda 26 nəfər koronavirus səbəbindən həlak olub, daşıyıcıların sayı isə 700-ü keçib. Koronavirus səbəbindən ilk ölüm faktının qeydə alındığı Kanadada isə daşıyıcıların sayı 77 olub.

Qeyd edək ki, bu, son illər Şərqdən başlayıb, daha sonra Qərb dövlətlərinə zərbə vuran ikinci amildir. Birinci faktor isə ərəb ölkələrində gedən münaqişələr səbəbindən qaçqınların Avropa ölkələrinə axın etməsi, orada bir çox problemlərə səbəb olmasıdır. Koronavirusla yanaşı, hazırda Avropa qaçqın axını qarşısında da aciz qalıb. Yaxın Şərq qaçqınları Avropaya adətən İtaliya ərazisindən yayılırlar. Son olaraq, İtaliya Aralıq dənizində “Akvarius” gəmisində olan qaçqınları qəbul etməyəcəyini açıqladı və  bir çox Avropa dövləti də İtaliyaya dəstək verdi. Avropaya gələn miqrantların əsasını Suriyadakı münaqişədən canını qurtarmaq istəyən qaçqınlar təşkil etsə də, onların arasında digər Yaxın Şərq və Şimali Afrikanın əksər  ölkələrinin sakinləri də var. Avropa qaçqınların üzünə qapıları bağlayır. Buna baxmayaraq, Yaxın Şərqdən olan mühacirlər Avropa ölkələrinə can atırlar.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Əlaqəli şəkildə təhlil etməyə çalışdığımız bu iki mövzunu dəyərləndirən politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da qeyd etdi ki, son illər dünya düzənini dəyişdirən hadisələrin bir çoxu Şərqdən başlayıb, daha sonra Qərbi də təsir altına alıb: “Demək olmaz ki, bütün bəlalar Şərqdən başlayıb, daha sonra Avropanı vurub. Tarixən ən böyük problemlər elə Avropada yaşanıb, Şərqə isə onların təsirləri gəlib çıxıb. Son illər Şərq ölkələrində müəyyən qədər dağıdıcı proseslər baş verir. Müharibələr, inqilablar  Şərqdə yaşanır. Əvvəlcə Şərqdə rəngli inqilablar oldu, daha sonra keçmiş sovet respublikalarını da əhatə etdi. Daha sonra ”ərəb baharı" Tunisdən başladı Misirə keçdi, sonra Avrasiyanın digər ölkələrinə keçdi. Birmənalı demək olmaz ki, neqativ proseslər Şərqdən başlayır və Avropaya onun təsiri keçir. Son olaraq, koronavirus Çindən başladı və digər ölkələrə, Avropaya yayıldı. Hazırda isə çox böyük müəmmadır ki, İtaliyada çox gərgin vəziyyət yaranıb. İtaliya bir Avropa dövlətidir. Orada güman edirlər ki, bir neçə nəfər Çindən gələn şəxs bu miqyasda xəstəlik yaya bilməz. Mən düşünürəm ki, bəlkə də xəstəlik təkcə Çində yaranmayıb, virus kimi dünyanın müxtəlif yerlərində yaranıb. Maraqlıdır ki, Çində başlayıbsa, bu necə bir anda bütün İtaliyanı bürüyə bilər. Hazırda İtaliya karantin altındadır, baş nazirin qərarı da var".

E.Şahinoğlunun sözlərinə görə, Şərqdə baş verən digər bir mühüm məqam Suriyada gedən münaqişədir, bu münaqişə böyük dövlətlərin marağındadır: “Rusiya və Türkiyə arasında fikir ayrılıqları yaranıb. İndiki anda götürsək, Şərqdə dağıdıcı proseslər gedir. Ancaq 50 il öncə vəziyyət tam fərqli idi, heç kim Şərqdən danışmırdı, orada terror yox idi. Müharibələri Avropa dövlətləri gəlib Şərqdə aparırdı. İndi isə əksinə olub, dağıdıcı proseslər Şərqdə gedir, onun təsirləri Avropaya keçir”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR