İnsanlara hürriyət, millətlərə istiqlal!

Şərqdə yeni müharibə ocağı: Tayvan Pekini vurmaq üçün raket imkanlarına malik olduğunu bəyan etdi  

551 16.06.2022 15:48 Dünya A A

Çin Xalq Respublikası tərəfindən müstəqilliyi tanınmayan və Çinin özününkü hesab etdiyi Tayvan dövlətinin rəsmiləri paytaxt Pekinə belə zərbə endirmək güclərinin olduğunu bəyan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Tayvan Qanunvericilik Assambleyasının sədri Yu Xi Kun danışıb.

Tayvan mediasına müsahibəsində spiker, ada dövlətinin "Çinin işğalı" halında özünün “Yun Fend” tipli qanadlı raketlərindən istifadə edə biləcəyini söyləyib.

“Liberty Times Net” portalının informasiyasına əsasən, “Yunq Fend” raketləri Pekini vura biləcək məsafəni qət edə bilir. “The War Zone” saytı Tayvanın Müdafiə Nazirliyinin son illərdə Çinə daha dərin zərbələr endirmək üçün milyardarlarla dollarla vəsait ayrdığını yazıb.

Saytın məlumatına görə, Tayvanın hərbi arsenalına daxil olan raketlər artıq 1200 milə qədər geniş məsafəyə malikdir, yəni nəzəri cəhətdən adadan 1150 mil məsafədə yerləşən Pekin zərbə altında qalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR