Ermənistanda etiraz aksiyaları səngimək bilmir. Bu gün Ermənistan Kassasiya məhkəməsinin qarşısında növbəti aksiya keçirilir. Etirazçılar 2017-ci ildə 6 il həbs cəzası verilən Samvel Babayanın azadlığa buraxılmasını tələb edir.
“İqla” zenit raket kompleksinin gətirilməsi faktına görə ittiham edilərək həbs olunan S.Babayan Qarabağdakı separatçı rejimin “ordusunun” komandanı olub. Belə görünür ki, onun azadlığa buraxılmasını təkcə Qarabağ klanı daha çox istəmir. Çünki eks-prezident Levon Ter-Petrosyan da hakimiyyətə çağırış edərək S.Babayanın azadlığa buraxılmasını tövsiyə edib. Belə görünür ki, Petrosyan Babayanın eks-prezident Serj Sərkisyanla haqq-hesab çəkəcəyini zənn etdiyi üçün onun müdafiəsinə qalxıb.
Bir az əvvəl Kassasiya məhkəməsinin Cəza palatasının sədri Serjik Avetisyan S.Babayanın tərəfdarlarını qəbul edib və bildirib ki, keçmiş komandanla bağlı tezliklə qərar veriləcək. Qarabağda gərginliyin yaşandığı bu günlərdə Ermənistanda Qarabağ əsilli komandanın müdafiəçilərinin ayağa qalxması da maraqlı hadisədir.
Musavat.com






