İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərkisyanın sayıqlaması: ermənilər hücuma hazırlaşır - Qabil Hüseynli canlı yayında...

2072 29.01.2021 15:19 Gündəm A A

Ermənistanda hər il böyük təmtəraqla qeyd edilən 28 yanvar ordu günü bu dəfə bayram yox, daha çox matəm gününü xatırladıb.

44 günlük müharibədə müxtəlif hesablamalara görə, 5.000-10.000 nəfər itki verən ölkədə həlak olanların qəbirləri ziyarət olunub.
Ordu günü ərəfəsində hərbi cani, Qarabağ münaqişəsinin, eləcə də təkcə azərbaycanlıların deyil, elə minlərlə erməninin də ölümünə baiskar olan Robert Köçəryan hakimiyyəti satqınlıqda və bacarıqsızlıqda günahlandırıb. O, satqınlar siyahısına qondarma “Dağlıq Qarabağ”ın “prezidenti” Araik Arutunyanı da əlavə edib.

Qeyd edib ki, müharibə günlərində Azərbaycan tərəfi Arutunyanın iqamətgahını vurmayıb. Onun məntiqinə görə, əgər belədirsə, deməli Arutunyan satılıb və “Azərbaycan onu qoruduğu üçün” iqamətgahı hədəf almayıb.

Köçəryan növbədənkənar seçkidə mütləq iştirak edəcəyini və qalib gələcəyini bildirib. Həmin gün daha bir hərbi cani, Ermənistanın Paşinyandan əvvəlki rəhbəri Serj Sərkisyan da peyda olub.

O, erməni ordusunun qalıqlarına müraciət ünvanlayıb və nə vaxtsa dirçələcəyinə dair hədyanlar söyləyib. Sərkisyan: “Ermənistan ordusu tezliklə öz dəmir yumruğunu göstərəcək və düşmənin çox da uzaq olmayan utancverici keçmişini ona xatırladacaq”.

Bu hədə nə dərəcədə realdır, yoxsa növbəti sayıqlamadır? Erməni ordusunun revanş gücü qalıbmı? Növbəti müharibə mümkündürmü?
Xocavənddə faşist Qaregin Njdeyə qoyulan heykəli dronla vursaq, bölgədə hərbi toqquşmalar başlaya bilərmi? Bəlkə ermənilər bunu gözləyir? Ümumiyyətlə, “Dəmir yumruq -2” əməliyyatı gözlənilirmi?

Bu və digər aktual sualları “TV Musavat”ın canlı yayınında, saat 15:30-da “Həftə içi” proqramının qonağı politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli cavablandırır.

Aparıcı Emil Salamoğlunun müsahibi gündəmdə olan sülhməramlıların fəaliyyəti, İran xarici işlər naziri Cavad Zərifin İrəvanda verdiyi açıqlama, ABŞ-ın yeni rəhbərliyinin Azərbaycana münasibətini də şərh edir.

Müzakirədə iştirak etmək istəyən izləyicilərimiz Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilər.



Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat/

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR