İnsanlara hürriyət, millətlərə istiqlal!

Serj Sərkisyana qarşı müxalifət güclənir

1268 05.10.2016 09:00 Siyasət A A
Bu günlərdə Ermənistanın yeni baş naziri Karen Karapetyanın dəvəti ilə Rusiya Elmlər Akademiyasının akademiki Abel Aqanbekyan Ermənistan paytaxtında peyda olub.

Tanınmış iqtisadçı-alim, Rusiya hökuməti yanında Xalq Təsərrüfatı Akademiyasının rektoru, yenidənqurma illərində Sov.İKP MK baş katibi M.S.Qorbaçovun iqtisadi məsələlər üzrə köməkçisi olmuş Aqanbekyan Qarabağ münaqişəsinin əsas ideoloqlarındandır. Məhz bu separatçı-akademikin “iqtisadi problemlər yaşayan Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir” fikri sonrakı proseslərdə “barıt çəlləyi” rolunu oynadı. 

Məlumata görə, səfəri çərçivəsində Aqanbekyan Ermənistan prezidenti Serj Sarkisyanla da görüşüb. Jurnalistlərlə söhbətində Aqanbekyan Sarkisyan hakimiyyəti və ölkənin indiki vəziyyəti ilə bağlı heç bir nikbin fikir söyləməyib. “Serj baş nazir olduğu dövrdə Ermənistan iqtisadiyyatının vəziyyəti kritik idi və o məndən soruşmuşdu: ”Nə etməli?" Mən ona bildirmişdim ki, ilk növbədə bir sadə problemi həll etmək lazımdır. Ermənistanda vəziyyətdən baş çıxara biləcək yüksək səviyyəli peşəkarların olmadığını nəzərə alaraq, bütün dünyadan, Rusiyadan, Avropadan, ABŞ-dan 10-11 ən yaxşı mütəxəssisi dəvət etməli və ən problemli sahələri onların ixtiyarına verməlidir. Mən ona dedim: “Siz ən yaxşı insanları tapmalı, onlar üçün bütün şəraiti yaratmalısınız, onlar isə əvəzinizə hər şeyi edəcəklər”.

A.Aqanbekyan deyib ki, bu söhbət 2008-ci ildə olub. “Bəs indiki vəziyyətdə siz ona nəyi məsləhət görərdiniz” sualına cavabında isə o, “Getməyi. O göstərdi ki, heç nə edə bilmir” - deyərək erməni prezidenti şoka salacaq açıqlama verib. Aqanbekyanın mesajlarının arxasında nələrin dayandığı barədə təbii olaraq ortaya suallar çıxır. 

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bu barədə açıqlamasında əvvəlcə Ermənistanın yeni hökumətinin davranışlarına diqqət çəkdi: “Hiss olunur ki, Ermənistanın yeni baş naziri Karen Karapetyan nəsə yenilik etmək və Ermənistanı ağır iqtisadi böhrandan qurtarmaq istəyir. Ancaq istək azdır. Karapetyan istəyini reallaşdırmaq üçün 3 ciddi maneəni aşmalıdır: birinci maneə idarəetmədəki korrupsiyadır. Bu maneəni aşmaq üçün az qala bütün idarəetmə sistemi yenidən qurmalıdır. Ancaq çətin ki, prezident Sərkisyan Karapetyana belə bir imkan tanısın. İkinci maneə iqtisadiyyatdakı monopoliyalardır. Karapeytan heç bir monopoliya ilə bağlı deyil. O, baş nazir vəzifəsinə Rusiyadan gətizdirilib. Ona görə də məntiqlə Karapetyanın Ermənistandakı monopoliyalarla mübarizə aparması mümkündür. Ancaq o yenə qarşısında Sərkiysanı görəcək. Çünki Ermənistanda monopoliyalar onun və keçmiş prezident Robert Köçəryanın dövründə kök salıb və onlar bundan imtina etmək istəmirlər. Üçüncü maneə Ermənistanda maliyyə və insan resurslarının tükənməsidir. Bu digər iki maneədən ən mürəkkəbidir. Kaparetyan ”islahat aparacağam" desə də, bu işi görmək üçün onun nə kifayət qədər maliyyəsi, nə də insani resursu var. Ona görə də Karen Kapapetyan yerində sayacaq".

Image result for Politoloq Elxan Şahinoğlu

E.Şahinoğlu qeyd etdi ki, Karen Karapetyanın SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə keçmiş köməkçisi Abel Aqanbekyanı kömək üçün İrəvana çağırması da batan insanın saman çöpündən yapışmasına bənzəyir: “Elə Aqanbekyan da İrəvanda jurnalistlərə Ermənistan iqtisadiyyatı barədə optimist fikir deməyib. Onun ”Serj Sərkisyanla iqtisadiyyatı dirçəltmək mümkün olmayacaq" sözləri Ermənistanın hakim elitasına soyuq duşdur. “Sərkisyan heç nə bilmir” deyən Aqanbekyan Ermənistanın gələcəyi üçün yaxşı heç nə vəd etmir. Çünki Sərkisyan asanlıqla hakimiyyətdən gedəsi deyil. Sərkisyan konstitusiyanı da ona görə dəyişdi ki, ölkəsini parlamentdəki çoxluq vasitəsilə idarə edə bilsin. Buna baxmayaraq, Ermənistanın faciəsində Aqanbekyan Sərkisyan qədər günahkardır. Məhz bu şəxs hələ SSRİ-də yeni başlanan yenidənqurma dövründə “Dağlıq Qarabağ Ermənistana məxsus olmalıdır” fikrini söylədi. Bu Dağlıq Qarabağdakı erməni separatçıları üçün fitil rolunu oynadı. Ona görə də Aqanbekyan Sərkisyanı haqlı olaraq tənqid edərkən güzgüyə də baxmalıdır. Çünki onun məsləhəti ilə Sərkisyan və Köçəryan kimi separatçılar işğala baş vurmasaydılar, Ermənistan Azərbaycanla normal qonşuluq münasibətlərinə çalışsaydı, Ermənistan indiki qədər ağır vəziyyətə sürüklənməzdi. Dağıdıcı yolu seçdilər, bu da nəticəsi".

E.Şahinoğlu xatırlatdı ki, bu arada, Azərbaycanın və Ermənistanın 2017-ci il üçün büdcələrini demək olar ki, eyni gündə açıqlaması da diqqətçəkicidir: “Ermənistan büdcəsinin 2017-ci il üçün gəlir hissəsi 2.6 milyard dollar, xərcləri isə 2.9 milyard dolardır. Büdcə kəsiri 300 milyon dollardır. Ermənistanın gələn il üçün hərbi xərcləri 439 milyon dollar civarındadır. Bu Ermənistanın 2016-cı il hərbi büdcəsindən 3 milyon dollar çoxdur. Azərbaycanın 2017-ci il üçün hərbi xərcləri isə 994 milyon dollar civarındadır, bu keçənilki hərbi xərclərdən 440 milyon dollar azdır. Azərbaycanda hərbi xərclərin azalmasına baxmayaraq, yenə də Ermənistanın hərbi xərclərindən təxminən iki dəfə çoxdur. Ancaq vaxt var idi ki, Azərbaycanın hərbi büdcəsi Ermənistan büdcəsinin tamamından çox idi. Buna baxmayaraq, Azərbaycan işğalçı ilə müharibə aparmaq üçün yeni hərbi texnikanın alınmasına vəsaiti azaltmayacaq. Bu o deməkdir ki, baş nazir Karen Karapetyanı gələn il daha böyük çətinliklər gözləyir”.

Image result for Politoloq Hikmət Hacızadə

Politoloq Hikmət Hacızadə isə hesab edir ki, Aqanbekyanın İrəvana gəlişi sıradan bir məsələdir və arxasında hər hansı ciddi plan dayanmır: “Aqanbekyan tarixdə olmuş, amma sonradan sönmüş bir şəxsdir. O, indi heç kimdir. Təsadüfən İrəvana gəlib, fikirlərini soruşublar, o da deyib. Ancaq onun arxasında heç kəs durmur”. H.Hacızadə Ermənistanda növbədənkənar prezident seçkilərini mümkün saymır: “Sərkisyan Moskvaya sadiq quldur, onu niyə dəyişdirsinlər ki?” Ekspert Qarabağ danışıqlarında da hər hansı dəyişiklik olacağını güman etmir.

CAVİD


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR