İnsanlara hürriyət, millətlərə istiqlal!

Serj Sərkisyan Ermənistanın baş naziri postuna namizədliyi irəli sürülüb

1318 09.04.2018 20:24 Gündəm A A

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın baş nazir vəzifəsinə namizədliyi irəli sürülüb.

Trend-in "RİA Novosti"yə istinadən məlumatına görə, bu barədə Ermənistanın baş nazirinin səlahiyyətlərini icra edən Karen Karapetyan bildirib.

Ötən şənbə günü S.Sarkisyanla keçirdiyi görüşün nəticələrinə toxunan Karapetyan deyib ki, onlar görüşdə baş nazir vəzifəsinə namizədliyin irəli sürülməsi məsələsini müzakirə ediblər.

Qeyd edək ki, Ürmənistanda martın 2-də keçirilmiş seçkilərdə Armen Sarkisyan prezident seçilib.

2015-ci ildə Ermənistan Konstitusiyasına edilmiş dəyişikliklərə əsasən bu ildən etibarən ölkə parlament idarə üsuluna keçib. Prezident məhdud səlahiyyətlərə malik olacaq, ölkəyə rəhbərliyi isə baş nazir həyata keçirəcək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR