İnsanlara hürriyət, millətlərə istiqlal!

Serj Sarkisyan 20 Yanvar qatili üçün nekroloq yayımladı

2342 28.02.2024 15:21 Son xəbər A A

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Ermənistanın Milli Qəhrəmanı Nikolay Rıjkovun vəfatı ilə əlaqədar başsağlığı teleqramı göndərib.

Musavat.com xəbər verir ki, bununla bağlı erməni mediasında məlumat yayılıb.

“Bu illər ərzində Nikolay Rıjkov yüksək insani keyfiyyətlərin və müdrikliyin nümunəsi, mahir dövlət xadimi kimi xidmət edib. O, həmişə Ermənistana böyük diqqət yetirib, onun problemlərini özünün problemi kimi görüb, eyni zamanda Ermənistan-Rusiya münasibətlərinin hərtərəfli inkişafı və möhkəmlənməsi üçün mühüm səylər göstərib”, - deyə Sarkisyanın adından yayılan nekroloqda bildirilir.

Qeyd edək ki, Nikolay Rıjkov 1985-1991-ci illərdə SSRİ Nazirlər Şurasına rəhbərlik edib. O, 1990-cı ilin yanvarında Bakıya qoşun yeridilməsinə və beləliklə 20 Yanvar faciəsinin törədilməsinə birbaşa məsuliyyət daşıyan şəxslərdən sayılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR