İnsanlara hürriyət, millətlərə istiqlal!

SƏRHƏDLƏRİN AÇILMASI AZƏRBAYCANIN MARAQLARINA CAVAB VERMİR

1709 31.10.2012 09:49 Gündəm A A

Sitat: “Biz Rusiya ilə münasibətləri qaydaya salmalıyıq. Bunun yolu isə Türkiyənin regiona gəlməsinə şərait yaratmaqdır. Türkiyənin regiona girməsinə qarşı çıxanlar açıq şəkildə Rusiyaya xidmət edir. Türkiyə regiona girsə Cənubi Qafqaz birliyi haqqında geniş düşünmək olacaq”.
Qeyd edək ki, 2009-cu ildə Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi gündəmə gələndə, mövzu Türkiyə və Ermənistanla yanaşı Azərbaycanda da geniş müzakirə olundu. Azərbaycanda əksəriyyət sərhədlərin indiki şəraitdə açılmasına qarşı çıxırdı. Hökumət də rəsmi Ankaraya qarşı sərt mövqe tutaraq sərhədlərin açılmaması ilə bağlı konkret mövqe ortaya qoydu. Azərbaycanda əksəriyyət hesab edir ki, sərhədlərin bağlı qalması Ermənistanı Qarabağa məsələsində sülhə vadar edən səbəblərdən biri olacaq. Ancaq göründüyü kimi, bu fikrə müxalif olanlar var.
Razi NurullayevAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Razi Nurullayev Azərbaycanın aparıcı müxalifətinin Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı olduğunu deyir. Onun fikrincə, müxalifət sərhədlərin açılması ilə barışa bilməz: “Türkiyə Azərbaycanın maraqlarını nəzərə almadan sərhədləri açarsa, bu, iki ölkə arasındakı qardaşlığa ciddi ziyan vura, eyni zamanda, həyata keçirilən iqtisadi layihələrin taleyini şübhə altına ala bilər. Buna görə də rəsmi Ankaranın sərhədləri açması inandırıcı deyil. 2009 və sonrakı illərdə də bu məsələ həm iqtidar, həm də müxalifət tərəfindən çox dartışılıb. Biz istəməzdik ki, Türkiyə Ermənistanla sərhədləri açsın. Eyni zamanda Azərbaycan müxalifəti heç zaman barışa bilməz ki, rəsmi Ankara rəsmi Bakı ilə sərhədlərin açılması üzərində siyasi anlaşmaya getsin. Qarabağ münaqişəsinin həlli Ermənistana edilə biləcək siyasi təzyiqlər vasitəsilə mümkündür. Bu vasitələrdən biri də Ermənistanın blokadaya alınmasıdır. Əgər Ermənistan işğal etdiyi əraziləri azad edərsə, o zaman sərhədlərin açılmasına və əməkdaşlığın qurulmasına qarşı olmarıq”.
R.Nurullayevin fikrincə, sərhədlərin açılması ilə Türkiyə, əksinə, Qarabağ münaqişəsi ilə bağlı neytral mövqeyə çəkiləcək: “Bu gün Minsk Qrupu həmsədr ölkələri münaqişənin həlli üçün kifayət qədər siyasi iradə ortaya qoymurlar. Əgər sərhədlər açılarsa, Türkiyə də bu ölkələrin sırasına qoşulacaq. Artıq Türkiyənin nə bizim üçün, nə də dünya üçün bu məsələdə önəmi qalacaq. Digər tərəfdən, tarix də göstərib ki, Ermənistanın siyasi hakimiyyəti daha çox güzəşt əldə etdikcə, bir o qədər böyük iddialara düşür. Türkiyə düşünməsin ki, Ermənistanla sərhədlər açılarsa, Ermənistan soyqırım məsələsini unudacaq. Əksinə, növbəti mərhələdə Türkiyə tərəfindən soyqırımın tanınmasını tələb kimi irəli sürəcək. Bizim tarixi unutmağa haqqımız yoxdur, tarix unudanları bağışlamır və onlara yeni sürprizlər hazırlayır”.
Vəfa QuluzadəPolitoloq Vəfa Quluzadə isə sərhədlərin açılmasının real olmadığını deyir. Onun fikrincə, hazırda Rusiya Ermənistan üzərində böyük təsirə malik olduğundan İrəvanın protokolları qəbul etməsinə mane olur: “Sürix protokolları imzalansa da, heç nə baş verməyəcək, imzalanmasa da. Ermənistan Rusiyanın bir hissəsidir. onun mövqeyini Kreml müəyyənləşdirir. Ona görə də Türkiyə heç cür protokolları qəbul etdirib sərhədləri aça bilməyəcək. Bu barədə danışmağa dəyməz. Həqiqətən də əgər Rusiya Ermənistandan əl çəksə, Ermənistan Türkiyə ilə əlaqələrini normallaşdırıb, soyqırım iddialarından əl götürsə, Türkiyənin ərazi bütövlüyünü tanısa və Türkiyənin rəhbərliyi altında NATO-ya inteqrasiya etsə, o zaman hansısa real nəticədən danışmaq olardı. Amma Rusiya buna imkan vermir və yəqin ki, heç olmayacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR