Sərhəd Xidməti Kanada vətəndaşının iddiasına cavab verəcək
Məktub “Kanadadan general Elçin Quliyevə məktub var...” sərlövhəsi ilə dərc edilib. Məktub müəllifi E.Quliyevə Azərbaycan sərhədində üzləşdiyi qanunsuzluqlar haqda məlumat verir və həmin sərhədçilər haqda ölçü götürülməsini xahiş edirdi.
“Yeni Müsavat” DSX-nin saytı üzərindən bu qurumun rəhbərliyinə məktub yazaraq Karim Khaleghi Radın üzləşdiyi qanunsuzluqla bağlı yaranmış suallara aydınlıq gətirilməsini istəyib.
İnformasiya sorğusunda DSX rəsmilərindən mövzu ilə bağlı aşağıdakı sualları cavablandırılması xahiş olunur:
1. General-polkovnik Elçin Quliyev Karim Khaleghi Radın müraciətinə cavab verəcəkmi?
2. O yazır ki, cənab general-polkovnikə dəfələrlə müraciət edib. Həmin müraciətlər üzrə araşdırma aparılıbmı?
3. Karim Khaleghi Rad yazır ki, 2013-cü il mayın 14-də Azərbaycana daxil olarkən DSX əməkdaşları ona qarşı çox kobud rəftar ediblər. Ona qarşı insan ləyaqətini alçaldan tərzdə və qeyri-insani rəftar edən DSX əməkdaşları haqda tədbir görülübmü və ya görüləcəkmi?
Suallara qısa vaxt ərzində cavab verəcəyinizə ümid edərək əvvəlcədən təşəkkürümüzü bildiririk.
Sorğu fevralın 24-də DSX-yə ünvanlanıb. Fevralın 25-də DSX mətbuat xidmətinin rəhbəri Elşən Məmmədov “Yeni Müsavat”a açıqlamasında deyib ki, sorğuya cavab veriləcək.
E.MƏMMƏDƏLİYEV






