İnsanlara hürriyət, millətlərə istiqlal!

Sergey Markov: Avropa geosiyasi maraqları naminə Azərbaycana hücum edir

1214 23.09.2015 20:10 Dünya A A

Avropa geosiyasi maraqları və iqtisadi ambisiyaları naminə Azərbaycana hücum edir. Bunu Trend-ə Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, Qərb Azərbaycanın antirusiya sanksiyalarına qoşulmasına çalışır: "Bundan başqa, onlar Azərbaycanın neft-qaz korporasiyalarını, neft-qaz resurslarını nəzarətə götürmək istəyirlər".

Politoloqun fikrincə, Avropa mülkiyyəti bölüşdürmək, Azərbaycanın iri enerji resurslarını nəzarətə götürmək üçün çevrilişə çalışır: "Avropanın istəyi demokratiyanın nailiyyət qazanması deyil".

S.Markov qeyd edib ki, Azərbaycan Qərbin davranışına sakit reaksiya verməli, seçkilər keçirməli, müşahidəçilərini göndərməyə hazır olan ölkələrdən missiyaları dəvət etməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR