İnsanlara hürriyət, millətlərə istiqlal!

Sergey Lebedev: "Bir çox məntəqədə növbələr müşahidə etdik"

311 08.02.2024 11:49 Siyasət A A

"Missiyanın tərkibinə 160-dan artıq nümayəndə daxil idi. Demək olar ki, bütün respublika ərazisində müşahidə aparıldı".

Musavat.com xəbər verir ki, bunu MDB-nin Baş katibi və təşkilatın müşahidə missiyasının rəhbəri Sergey Lebedev Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı brifinqdə deyib.

S.Lebedevin sözlərinə görə, bir çox məntəqədə növbələr müşahidə ediblər:

"Biz bir neçə həftə ərzində müşahidə apardıq, yüksək hazırlığın şahidi olduq. Seçicilərin yüksək entuziazmı ilə qarşılaşdıq. Vətəndaşlar seçkidə ürəkdən iştirak etdiklərini bildiriblər. Biz rəqabətin şahidi olduq. Namizədlərin hər biri təhsillidir, daha öncə prezident seçkisində iştirak ediblər. Namizədlər təsadüfi deyildi. Onların hər biri proqramını təqdim etmək, seçicilərə planlarını açıq şəkildə izah etmək imkanına malik idi".

Yekun nəticəni bildirən Sergey Lebedev deyib ki, seçki Azərbaycan qanunvericiliyinə və Seçki Məcəlləsinə tam uyğun şəkildə təşkil olunub:

"Biz Azərbaycanın daxili işlərinə qarışmırıq. Biz dostuq və tərəfdaşıq. Biz xalqları dost xalqlar hesab edirik. Ümid edirik ki, bu dostluq davamlı olacaq".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR