İnsanlara hürriyət, millətlərə istiqlal!

Sergey Lavrov azərbaycanlı həmkarına başsağlığı verib - YENİLƏNİB

644 28.01.2023 08:31 Siyasət A A

27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı terror hücumu ilə əlaqədar Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Bu barədə Musavat.com Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Sergey Lavrov İrandakı səfirliyimizə silahlı hücumu qətiyyətlə pisləyib, Səfirliyin qətlə yetirilən əməkdaşının ailəsinə, Azərbaycan rəhbərliyinə və xalqına başsağlığı diləklərini çatdırıb. Cinayətkarın qısa müddət ərzində məsuliyyətə cəlb edilməsinin zəruri olduğunu bildirib.

Ceyhun Bayramov həmkarına zəng və başsağlığına görə təşəkkür edib. Xain terror hücumunu nazir tərəfindən qınanıb. Sözügedən terror aktını törədənlərin, habelə bu qanlı əməlin sifarişçilərinin ən qısa müddətdə müəyyən edilərək ən sərt şəkildə cəzalandırılmasını qətiyyətlə tələb edildiyi diqqətə çatdırılıb.

***

Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı aparıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Bildirilib ki, nazir Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşının qətlə yetirilməsi ilə bağlı azərbaycanlı həmkarına başsağlığı verib.

Sergey Lavrov bu qəbuledilməz aktın Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında öz əksini tapdığını qeyd edib.

Rusiyanın xarici işlər naziri Azərbaycan tərəfinə istənilən yardımı göstərməyə hazır olduğunu bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR