“ABŞ özünü “küçə xuliqanı” kim aparır, Rusiya isə konfrontasiya istəməsə da özünü qorumaq gücündədir”.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Sergey Lavrov bu sözləri Rusiyanın Birinci kanalında yayımlanan “Böyük oyun” proqramında deyib.
“Siz bilirsiz ki, indi baş verənləri həyatdan gətirilən misallarla şərh etmək dəbə minib. Hamımız uşaqlıqda həyətdə oynamışıq. Müxtəlif binaların bloklarından bir çox yaşda olan uşaqlar bir yerə toplanırdı. Həmişə mütləq hamını sırayla düzən, cəzalandıran, çəkmələrini silməyə məcbur edən, analarının onlara kökə almaq üçün verdikləri qəpikləri balacaların əlindən alan 3-4 əsas xuliqan tapılırdı. Lakin 2-3 il keçdikdən sonra o balacalar böyüdü və özlərini qorumaq qabiliyyətini əldə etməyi bacardı. Bizim (Rusiyanın-red.) heç böyüməyə də ehtiyacımız olmayıb. Biz heç vaxt kofrontasiya istəməmişik”, - deyə Sergey Lavrov beynəlxalq situasiyanı bu cür izah edib.
Xatırladaq ki, ABŞ və Rusiya arasında söz savaşı Birləşmiş Ştatların prezident Co Baydenin RF dövlət başçısı Vladimir Putini “qatil” adlandırmasından sonra qızışıb.
Musavat.com






