İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçıların Rusiyadakı dəstəkçilərinə Kreml niyə susur? - revanşistləri gözləyən ağır cəza

5228 14.04.2022 20:18 Gündəm A A

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsindən danışıldığı, Prezident İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşdə ilkin anlaşma əldə edildiyi, ölkələr arasında birbaşa təmasların yaranmasına başlanıldığı bir vaxtda erməni separatçıları və onların Rusiyadakı havadarları növbəti təxribatlara, pozuculuq cəhdlərinə start veriblər. Belə qənaət formalaşır ki, müəyyən anti-sülh dairələr separatçılarla əlbir olaraq, Avropa İttifaqı Şurasının prezidentinin təşəbbüsü ilə başlayan və müəyyən nailiyyətlər əldə olunan prosesə əngəllər törətməyə çalışırlar.

Bəri başdan qeyd edək ki, həmin dairələr birmənalı şəkildə erməni xalqının, Qarabağ ermənilərinin və ümumilikdə Ermənistanın qənimi kimi görünürlər. Azərbaycanın bölgədə yaratdığı reallıqları Ermənistanın rəhbərliyi, siyasi elitasının mühüm hissəsi qəbul etdiyi, sülhdən və rəsmi Bakının irəli sürdüyü 5 prinsiplə razılaşmaqdan başqa yol olmadığını dərk etdiyi halda, şovinist dairələr başqa havalara giriblər. Bu isə yalnız ermənilərin və Ermənistanın ziyanına olan bir prosesdir.
Artıq bütün dünya qəbul edir ki, Azərbaycan qalib, haqlı və diqtə edən tərəfdir, onunla razılaşdırılmayan heç bir proses bölgədə reallaşdırıla bilməz.
Bu reallığı əslində və təbii ki, separatçılar, şovinist ermənilər və onların bəzi havadarları da anlayırlar. Ancaq onlar öz xislət və pozucu missiyalarına uyğun olaraq son vaxtlar “ən axırıncı yola” düşüblər.

Azərbaycanın ayrılmaz, dünya tərəfindən qəbu olunmuş hissəsi olan Qarabağdakı separatçı rejimin qalıqları və Ermənistanın, erməni şovinizminin Rusiyadakı körükçüsü Marqarita Simonyan (“Rossiya Seqodnya” beynəlxalq informasiya agentliyi və RT telekanalının baş redaktoru) kimi bəzi əlamanları çox iyrənc, hazırda gedən sülhyönümlü prosesin tam əksinə olan bir təbliğata başlayıblar.
Təsəvvür edon, bu reallıq hissini itirmiş adamlar rus sülhməramlıların müvəqəti yerləşdiyi Azərbaycan ərazilərinin Rusiyaya birləşdirilməsi təbliğatına başlayıblar.

Baş separatçı Araik Arutyunyan Ukrayna proseslərindən necə havaya giribsə, "DNR" və "LNR"i nümunə gətirir, Rusiya sülhməramlılarını Qarabağ ermənilərinin müdafiəçisi kimi qələmə verir. Hüquqi baxımdan yanaşdıqda, bu, əslində 2020-ci il 10 noyabrda imzalanan üçtərəfli Bəyannamənin erməni separatçıları tərəfindən təhrif olunması, təxribatçılığıdır. Çünki Rusiya sülhməramlılarının mandatı 10 noyabr sənədində aydın şəkildə göstərilib.

Əlbəttə, Arutyunyan başıboş, reallıqları qanmayan, şəxsən özünü və onun kimiləri gözləyən perspektivi görə bilməyən bir “oyuncaq”dır. Bununıa yanaşı, separatizm kimi murdar bir prosesin öncülüdür, erməni xalqının daha da bədbəxt olması müqabilində bəlli bir dairələrin əlində alətdir.
Təbii, onu fitvalayanlar daha zəhərli ilanlardır və bölgədə sülh prosesinə imkan vermək istəməyənlərdir. Özünü hazırda açıq şəkildə pozucu kimi göstərən Marqarita Simonyan və onun kimilər anti-sülh makinası kimi çalışır. Simonyan Qarabağda Rusiya bayrağından yaradılmış "Z" simvolikasını təbliğ edir, sosial şəbəkədə separatçı erməninin "nə vaxtsa biz də Rusiyanın tərkibində olacağıq” şərhinə “ümid edirəm” cavabını yazır. Paralel olaraq şovinist ermənilər sosial şəbəkələrdə Rusiya bayrağının üzərində qondarma "DQR" in simvolikasının təbliği ilə məşğuldurlar.

0799727a-2814-4eb1-a2bc-11aad368b552 (1).jpg (78 KB)
Araik və digər separatçıların davranışlarını ciddiyə almamaq olar və bu, daha məqsədəuyğundur.
Ancaq ortada anlaşılmaz məqamlar var. Simonyan erməni əsilli olmasına rəğmən, de-fakto Rusiyanın rəsmisi sayılır. Bir dövlət agentliyinin rəhbəridir. Məsələyə bu kontekstdən yanaşdıqda, ortaya haqlı olaraq belə bir sual çıxır: Nə üçün Rusiya Simonyan və onun kimilərin timsalında Azərbaycan ərazisində belə təxribatlara yol verir? Axı iki ölkə arasında imzalanmış müttəfiqlik bəyannaməsinə görə bunlar edilməməlidir?! Rusiya dövləti Simonyan kimi təxribatçıları nədən susdurmur?

Fakt ondan ibarətdir ki, dövlət agentliyinin rəhbəri olan M.Simonyan Azərbaycanın beynəlxalq hüquqla, o cümlədən Rusiya tərəfindən ərazi bütövlüyü tanınan Azərbaycanın ərazisinin Rusiyaya birləşdirilməsi iddiasını təbliğ edir, sparatçıları ruhlandırır. Bu cəsarəti haradan alır? Yaxud bu qanunsuz və iki ölkə arasındakı rəsmi razılaşmalara zidd olan davranışlarına görə nədən cəzalandırılmır?

Axı bu cür hərəkətlər Rusiya-Azərbaycan münasibətlərinə, iki ölkə arasında müttəfiqlik müqaviləsinə tamamilə ziddir və yolverilməzdir. Ən əsası, bu, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdir, eyni zamanda öz sərəncam və bəyanatlarına hörmətsizlikdir.
Təkcə Simonyan deyil. Hazırda bir sıra erməni dəstəkçiləri Rusiya ərazisində rəsmi və ictimai mandatlarına zidd olaraq erməni separatçılarını ruhlandırmaq, Azərbaycana və sülh prosesinə mane olmaq üçün hərəkətləniblər. Xüsusi ilə Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 12-də Ermənistana və dünyaya verdiyi son mesajlardan sonra – sülhdən danışıldığı, Ermənistanın reallıqları qəbul etdiyi bir vaxtda baş verən təxribatlar təsadüfi sayılmır. Acınacaqlısı odur ki, bu adamlar Rusiyanın adından danışırlar. Çünk rəsmi və ya ictimai olaraq RF-da görəvləri var.

Təbii, bu davranışların məqsədi aydındır. Sülh prosesinə mane olmaq. Maraqlıdır, məgər Rusiya sülh prosesinə qarşıdırmı? Bu şəxslərin təxribarçı davranışları belə düşünməyə əsas sayıla bilərmi? Hər bir halda, Rusiya rəsmi olaraq mövqe sərgiləməli, tıxribatçıları susdurmalıdır.
Həmçinin, bu təxribatçılar bir daha eşitsin və bilsin ki, Azərbaycan çox ciddi bir inkişaf planları üzrə davranır, sülh tərəfdarıdır və artıq o mövqedə, məqamdadır ki, regionda diqtə edən tərəfdir, heç vaxt da öz ərazisində hansısa yeni pozuculuq cəhdlərinə imkan verməyəcək.
Hər kəs fərqində olmalıdır ki, ortada Şuşa Bəyannaməsi və eyni zaamanda Rusiya ilə də imzalanmış müttəfiqlik sənədi var.
Azərbaycan ərazisində, onun dövlət maraqlarına, ərazi bütövlüyünə qarşı hansısa təxribat cəhdi edənlər isə kimliyindən asılı olmayaraq layiqli cavablarını alacaqlar və müvafiq şəkildə cəzalandırılacaqlar.

Ortada qandallanıb Azərbaycana gətirilən təxribatçı Lapşin və digər nümunələr var.

Nəhayət, başına dəmir yumruq dəymiş separatçı, Simonyan kimi mənasız, məntiqsiz və boşboğazlardan ruhlanan, belələrinə bel bağlamaq istəyən ermənilər hesab etməsinlər ki, onlara qarşı Azərbaycanın liberal davranışları sonsuz olacaq. Qətiyyən! Separat meylli, hansısa missioner ermənipərəstin “dəstəyi”nə arxalananları çox pis tale gözləyə bilər. Azərbaycan postmüharibə dövründə bir neçə revanişist dəstəni zərərsizləşdirdiyi kimi, növbəti belə praktiki və siyasi anlamlı cəhdlərə qarşı daha amansiz və sərt davranmağa haqq edir. Səbr bir yerə qədərdir.

Elşad MƏMMƏDLİ
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR