İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçılar İrəvanda TƏCİLİ toplaşdı: qondarma rejim qərarını AÇIQLADI - Detallar CANLI

1911 18.11.2023 13:15 Son xəbər A A

İsrail əsgərləri “Əl Şifa” xəstəxanasındakı həkimlərə, xəstələrə və köçkünlərə tibb kompleksini boşaltmaq üçün cəmi bir saat vaxt verib.

Musavat.com xəbər verir ki, bu barədə xəstəxanadakı mənbələr «Al-Jazeera» telekanalına bildirib.

Bundan əvvəl İsrail qoşunları xəstəxanaya basqın etməyə başlayıb.

Bir neçə gün əvvəl qondarma “Artsax” “parlament”inin “beş fraksiyası”nın üzvləri İrəvandakı separatçı rejimin nümayəndəliyinə toplaşaraq mövcud durumda necə davranacaqlarını mçüzakirə ediblər. “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, görüşün əsas prioriteti “parlament iclası”nın yaxın vaxtlarda keçirilməsi ilə bağlı olub:

“Bununla bağlı bütün “beş qüvvə” arasında siyasi konsensus var ki, yaxın vaxtlarda “Milli Məclis”in sessiyası çağırılmalı və normal iş bərpa olunmalıdır. Hazırda onlar gündəliyi müzakirə edirlər ki, növbəti mərhələdə orada hansı məsələlərin yer alması dəqiqləşdirilsin. “Deputatlar” tərəfindən Ermənistana gələn Qarabağ ermənilərinin sosial və digər problemlərinin həllinə üstünlük verilməsi də təklif olunub”.

Uzaqgörən erməni analitiklər bu təşəbbüsü vecsiz adamların odu söndürüb küllə oynamasına bənzədiblər.

Xatırladaq ki, sentyabr hadisələrindən sonra Ermənistana qaçan separatçı “Artsax parlamenti”nin nümayəndələri bu görüşə qədər hər hansı bir iclas keçirməyib.

Erməni analitiklərin fikrincə, qondarma “Artsax” rejiminin İrəvana pənah gətirən üzvləri ilə Ermənistan hakimiyyəti arasındakı ziddiyyətlər fonunda onların hər addımı izlənilməkdədir. Separatçı qurumun “rəhbəri” Samvel Şahramanyanın Baş nazir Nikol Paşinyan və Ermənistan hakimiyyəti haqqında səsləndirdiyi bəyanatlardan sonra isə tərəflər arasındakı gərginlik bir qədər də artıb.

İrəvanda hesab edirlər ki, qondarma rejimin “prezidenti” Samvel Şahramanyanın 44 günlük müharibənin öyrənilməsi ilə bağlı Ermənistan parlamentində yaradılan komissiyada istintaqa dəvət edilməsi hakimiyyət tərəfindən aparılan repressiya siyasətinin təzahürüdür.

KİV onu da əlavə edib ki, Samvel Şahramanyan 44 günlük müharibənin şərtlərini araşdıran komissiyada sonuncu dindirilən şəxs olmayacaq.

Qəzetin məlumatına görə, bundan sonra komissiya özünü buraxmış “Artsax Müdafiə Ordusu”nun keçmiş “komandan”ı, 44 günlük müharibə iştirakçısı və müharibədən sonra ittiham olunan Cəlal Arutyunyanı da xəbərdar etmək qərarına gəlib:

Bildirilib ki, komissiya sədri Andranik Koçaryan komissiyanın işini Cəlal Arutyunyanla yekunlaşdırmaq qərarına gəlib və komissiyanın fəaliyyət müddətinin başa çatması dekabrın əvvəlində elan olunacaq. Bundan sonra hesabat iki ay ərzində parlamentə təqdim olunacaq.

TVMusavat-ın "Canlı debat" verilişində aparıcı Sevinc Telmanqızı siyasi ekspert Əli Mustafa ilə regiondakı proselsəri müzakirə edir.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR