İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçı Babayan QAÇDI, Kremldən TƏCİLİ sülhməramlı açıqlaması - Hərbi analitiklə CANLI

1858 25.09.2023 15:00 Son xəbər A A

Qarabağdakı separatçıların nümayəndələrindən biri olan, son vaxtlar dialoq tərəfdarı kimi çıxış edən Samvel Babayan aradan çıxa bilib.

Musavat.com xəbər verir ki, Qarabağda “hakimiyyət davası” edən Babayan artıq İrəvanda olduğunu bildirib. O, 24News kanalına açıqlamasında deyib ki, Ermənistandadır. “Mən artıq Ermənistandayam, yenə İrəvandayam”.

Separatçıların daha bir nümayəndəsi Vitali Balasanyan isə Ermənistana köçməyəcəyini açıqlayıb. O, açıqlamasında deyib: “Mən Qarabağda doğulmuşam, Qarabağda yaşayıram və Qarabağda da yaşayacağam”. Xocalı qatili Vitali Balasanyan qondarma rejimin “təhlükəsizlik katibi” olub.

Rusiya sülhməramlıları Qarabağda fəaliyyətini davam etdirəcək, lakin onların bu regionda qalma müddəti barədə danışmaq hələ tezdir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Hələlik, çətin ki, kimsə bunu deyə bilsin. Onlar indi faktiki olaraq Azərbaycan ərazisində yerləşirlər. Bakı ilə əlaqələrimizi davam etdiririk, sülhməramlılar kömək göstərir və Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyəti arasında artıq başlayan danışıqlarda iştirak edir. Hazırda bu iş davam etdirilir”, - o bildirib.

TVMusavat-ın bu gün saat 15:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi analitik Alp Arslan İmamqulu ilə söhbətləşir.

Facebook səhifəsinin ünvanı:

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR