İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH İran dövlətinə inanmır? Bu paylaşımın anlamı nədir... - FOTO

2278 27.05.2024 10:40 Gündəm A A

Musavat.com xəbər verir ki, SEPAH -ın rus dilində yayın yapan Telegram kanalı qəribə, anlamsız bir paylaşm edib. Azərbaycan və İsrail hərbçilərini bir dağın başında təsvir edərək, onların dayandıqları zirvədən də aşağıda helikopter rəsmi çizərək: "Əgər bu sübut olunarsa, cavab sizin üçün çox çətin olacaq!", mesajı paylaşıblar.

İranın bütün rəsmiləri, o cümlədən də SEPAH-ın bağlı olduğu Ali dini lider helikopter faciəsinin bir qəza olduğunu, burada kənar təsirin, ya da hər hansısa terrorun olmadığını dəfələrlə və rəsmən bəyan ediblər. Dövlətin başçısını 40 illik köhnə və nasaz helikopterə mindirib, onun və digər yetkililərin həlak olmasına yol açanlar niyə başqa yerdə baiskar axtarırlar? Hər şey göz önündədir. Bu hadisənin şahidi, Prezident Administrasiyasının rəhbəri Qulamhüseyn İsmaili İran televiziyasında hər şeyi saniyəbəsaniyə təsvir edib, mötəbər açıqlama verib...

SEPAH-ın Telegram kanalını işlədənlər Ali dini liderə, dövlətə, Administrasiya rəhbərinə inanmırlar? Müxtəlif komplo teoriləri ola bilər və olacaq. Onların hər hansı birini götürüb, paylaşıb, altından da Azərbaycanı təhdid etmək kimin işinə yarayar?

Həm də, SEPAH və İranın digər müvafiq qurumları haraya baxırlar ki, Azərbaycan və İsrail hərbçiləri İranın 120 km içərisinə doğru hərəkət edib, dağlara çıxsınlar, orada prezidentə qarşı təxribat eləsinlər.
Görünən budur ki, bunların helikopterləri kimi, təbliğatları da köhnəlib və ...düşür.

906631fd-e533-4db3-9d57-683475329008.jpeg (149 KB)

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR