İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH generalı: “İsraillə HƏMAS arasındakı müharibə artıq Livana keçib və daha da genişlənəcək”

432 13.11.2023 16:23 Dünya A A

“İsraillə HƏMAS arasındakı müharibə daha da genişlənəcək”.

“Report” xəbər verir ki, bunu “Tasnim” agentliyinə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə deyib.

O söyləyib ki, İsrailin HƏMAS ilə münaqişəsi artıq Qəzza bölgəsindən kənara çıxıb: “Döyüşlər artıq Livan ərazisinə keçib və daha da genişlənəcək”.

HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyi barədə xəbərdarlıq edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR