İlk yayınlama zamanı 15:38
***
Yeni Azərbaycan Partiyasının sabah keçiriləcək qurultayına dair maraqlı məlumatlar almışıq. Ölkə gündəminin əsas mövzularından olan qurultayla bağlı bütün xəbərlər hazırda informasiya məkanına liderlik edir.
Musavat.com-un əldə etdiyi eksklüziv məlumata görə, Azərbaycanın müxalif mövqeli, yaxud müstəqil sayılan 4 partiyası sabahkı qurultaya Yeni Azərbaycan Partiyasına qoşulacaq.
Onlar aşağıdakılardır:
- Azərbaycan Demokratik Sahibkarlar Partiyası, sədri Qasım Qasımov,
- Azərbaycan Kəndli Partiyası sədri Məmməd Məmmədov,
- Azərbaycan Xalq Demokratik Partiyası, sədri Rafiq Turabxan.
- Azərbaycan Yurddaş Partiyası, sədri Gülay Quliyeva.
Partiyaların dördü də qoşulma proseduru üçün özlərinin müvafiq qurultaylarını keçiriblər.
İrəliləyən dəqiqələrdə adları çəkilən partiyaların rəhbərləri ilə müsahibələri təqdim edəcəyik.
Musavat.com






