İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sənin Bin Ladendən heç bir fərqin yoxdur” – Partiya sədri ilə “Azadlıq”ın yeni qovğası!!!

1689 30.07.2015 19:05 Siyasət A A

“İndi də Akif imzası iləmi yazmağa başladın? Yenəmi dövriyyəyə saxta adlar və soyadlar girdi? Ay insan, ay siyasətcıyəz, ay bəy, ay müəllim - ayıbdır! Yenə səhnə arxasından pərdə “şnur”u dartma. Ortaya çıx və sözünü de. Allah xatirinə. Zatən son zamanlar Bin Ladendən heç bir fərqin qalmayıb. Mənasız açıqlamalarından, şaltay – baltay analizlərindən, arvad adı ilə yaratdığın saxta profillərdən xəbər var, amma real varlığın sanki bir mübhəmə girib. Ona görə dedim, gəl debata. Gəl barı rəngini, o mübarək üzünü, mələk simanı görək. Gedib hakimiyyətdəkilərə, “yuxarı”lara da deyim ki, həqiqətən həyatda belə bir adam var, yaşayır, mövcuddur. İnandırım onları. Sən inandıra bilmirsən, barı imkan ver mən inandırım” 

7News.az xəbər verir ki, bu sözləri Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev dünən “Azadlıq” qəzetində özü haqda dərc olunan neqativ fikirlərə münasibət bildirərkən söyləyib.

“Yazıda belə bir ifadə var: “Lider - də veriliş aparan Partiya sədri...” Və adam (bu yazını Əli Kərimlinin yazdığına qətiyyən şübhə etmirəm) guya öz aləmində məni aşağılamaq istəyib. Kontekst gərəyi ilə. Oysa, Kərimlinin Azərbaycan TV – lərinə baxışı da deyəsən elə eynən həyata və siyasətə olan baxışı kimidir. Çünki ortalıqda veriliş – filan yoxdur. Düz 1 il yarımdır bağlamışıq həmin verilişi. Amma lap olum. Olum, veriliş aparıcısı. Bu məgər bir siyasətçi üçün qəbahətli işdir? Ya ayıb?. Yoxsa sizin aləminizdə bütün sanballı, qürur duyulası işlər yalnızca lider satmaq, kvartalda bir dəfə müavin qovmaq, adam şərləmək, 25 - 30 il boyunca kəsdiyin çörəyə bir anda tüpürmək radiusunda dəyişir? Bəlkə sanballı iş – yazda saxta profil toxumu səpib, payızda “like“ məhsulu yığmaqdır, müxalifətçiliyin məzar daşı olmaqdır, insanları 23 illik nağılların girdabında bir heçə, bir boşluğa, bir mənasızlığa məhkum etməkdir? Hə?!

Mən səni meydana aparıcı kimi yox, siyasətçi kimi çağırmışam. Gəlmirsənsə, denən gəlmirəm. Bəhanə axtarma!” – deyə Partiya sədri fikirlərinə davam edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR