İnsanlara hürriyət, millətlərə istiqlal!

“Səni saxlayan imkanlı kişi olmalıdır” - Qalmaqallı “Maşın” açıqlaması

942 14.10.2019 17:09 Şou-biznes A A

Müğənni Rəqsanə İsmayılova instaqram “Live”da qalmaqallı açıqlama verib.

Musavat.com xəbər verir ki, görüntülərdə ifaçı qalibin Kəmalə olacağını bildirib: “Niyə Kəmalənin “Maşın”dan əlini çəkməyini vermədiniz? Niyə pul alıb, sildiniz? Əgər düzgünlük varsa, onu edin. Həqiqət nədir, onu deyirəm. Hər zaman həqiqət olan yerdə oldum.

Yaxşı “day-day”ın olmalıdır, səni saxlayan imkanlı kişin olmalıdır. Restoranı, oteli, klinikası olsun. Arxanda dursun, sənə pul buraxsın. Həqiqət budur. Lalə də, Türkan da, ay bala, özünüzü qırmayın. O maşın Kəmalənindir. Qorxmuram, qorxsam, çıxıb yayımlamaram”.

Qeyd edək ki, sosial şəbəkələrdə aparıcı Kəmalə Piriyevanın “Maşın” şouda əlini çəkməsi ilə bağlı görüntülər səs-küyə səbəb olub. “M Group Production”ın mətbuat xidmətinin rəhbəri Könül Əlibəyli həmin görüntünün araşdırıldığını və Kəmalə Piriyevanın qayda pozuntusu etmədiyini deyib.

Könül,
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR