Qalmaqallı “Maşın Şou”nu bu gün müğənni Təranə Qumral tərk edib. Belə ki, qutudan şəkli çıxan müğənni qarşıdurmaya sənətçi Sərxan Kərəmoğlunu çıxarıb.
Şouda qalmaq uğrunda mübarizə aparakən sənətçilər arasında böyük qalmaqallar yaşanıb. Sənətçilər canlı efirdə bir-birilərinə təhqiredici atmacalar atıblar. Səsvermənin nəticələrinə görə, Təranə Qumral şouda mübarizəni dayandırmalı olub.
Müğənni şoudan getməsinə bu cür münasibət bildirib: “Qismət Allahdandır. Bilirəm ki, niyə gedirəm. Maşın kimə qismətdirsə onunku olsun”.
Qeyd edək ki, müğənni şounu tərk edən 11-ci sənətçidir.
Beləliklə bu günün nəticələrinə əsasən, sabah şouda mübarizə aparan sənətçilər bunlar olacaq: aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Sərxan Kərəmoğlu, rəqqasə Oksana, rejissor Aqil M. Quliyev.
Xalidə Gəray
Musavat.com







