İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sənətçiləri beldən aşağı vurmaq olmaz" - Xalq artisti tənqidi şərhlərdən danışdı

870 30.03.2021 14:34 Şou-biznes A A
"Bir il öncə mənə bu sualı versəydiniz ki, Dənizin müğənni olmasını istəyirsiniz? Deyərdim ki, qızım müğənni olsun. Amma indi müğənni olmasını istəmərəm. Bir səhnə adamına sual veriləndə ki, övladınızın sizin sənət yolunu davam etdirməsini istəyirsiniz? "Yox" deyəndə mənim xətrimə dəyir. Bu mənim özümün çəkdiyim əziyyətə, səhnəmə, sənətimə xələl gətirir".

Musavat.com xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva ARB televiziyasında yayımlanan "Özəl" verilişində qonaq olarkən deyib. O qızı Dənizin müğənnilik sənətini davam etdirməsindən danışıb:

"Mən öz sənətimi hörmətsiz edirəm. Bəs, o zaman özün niyə ifa edirsən? Deməli, sən öz peşənə hörmətsizlik etmiş olursan. Amma hazırda musiqidə cılızlaşma var, böhran keçirir. Ona görə bilmirəm bunun üçün bu qədər əziyyət çəkməyə dəyərmi?!"

Xalq artisti vaxtilə adından və soyadından utandığını deyib: "Məktəbdə oxuyanda mənim ad və soyadım jurnalın yarısını tuturdu. Zülfiyyə Xanbabayeva Güloğlan qızı. Zaman keçdi, çəkindiyim ad, soyadım baş ucalığım oldu. Hətta universitetdə oxuyan zaman adımı dəyişmək istəyirdim"

Xalq artisti sosial şəbəkədə tənqidi rəy yazanlardan da bəhs edib: "Şərh yazanda sanki insanlar heç bir şey görmür. Ağzından çıxan söz sahibinə aiddir. Əgər bəyənmirsənsə, izləmə. Beldən aşağı vurmaq olmaz. Hər şeyin ədəb-ərkanı var. Ağzına gələni yazmağa heç kimin ixtiyarı yoxdur".

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR