İnsanlara hürriyət, millətlərə istiqlal!

Sənətçilər bayramı həbsxanada keçirdi, Ruhi göz yaşlarını saxlaya bilmədi - Fotolar

2337 09.03.2018 15:02 Şou-biznes A A

8 Mart - Beynəlxalq Qadınlar Günündə iş qadını Ruhi Əliyeva öz ənənəsinə sadiq qalıb.

Musavat.com xəbər verir ki, onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsindəki məhkum xanımlar üçün konsert proqramı təşkil edilib. Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova, cəzaçəkmə müəssisəsinin rəsmiləri, Hacı Nuran, prodüser Tolik, media nümayəndələri və başqalarının qatıldığı konsertin aparıcılığını Nəsib Nur edib.

İlk olaraq rəsmi hissə baş tutub. Cəzaçəkmə müəssisəsinin rəsmiləri məhkum qadınları təbrik edib. Onlara xoşbəxtlik və azadlıq arzulayıb.
X. Bayramova Penitensiar Xidmətinin rəisi Ceyhun Həsənova yaradılan şəraitə görə təşəkkür edib.

Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının üzvü R. Əliyeva isə bildirib ki, doğum gününü məhkum qadınlarla keçirmək və onları az da olsa sevindirməkdən məmnundur. Çıxışı zamanı Ruhi göz yaşlarını saxlaya bilməyib. Onun ağlaması məhkum xanımları da kövrəldib. Onlar alqışlarla iş xanımına dəstək olublar.

Rəsmi hissədən sonra məhkum xanımlar üçün konsert proqramı təşkil olunub. Xalq artistləri Nəzakət Teymurova, Mənsum İbrahimov, müğənni Elton Hüseynəliyev sevilən mahnılarını səsləndirərək xanımlara xoş gün yaşadıblar.

R. Əliyeva musavat.com saytına görüşlə bağlı təəssüratlarını bölüşüb: “Qadın anadır, qadın bacıdır. Onlara dəyər vermək lazımdır. Kədərli qadın görəndə içim parçalanır. Bütün qadınlar xoşbəxtliyə layiqdir. Heç kim həyatda sığortalanmayıb. Kimsə deyə bilməz ki, sabah məhkum olmayacaq. Hər şey insanlar üçündür. Ona görə məhkumlara xor baxmaq olmaz. O qadınların da qəlbi var, sevilmək, sevinmək onların da haqqıdır. Hər kəs doğum gününü gözəl yerdə keçirmək istəyir. Amma mən burada olmaqdan məmnunam. Azadlıqdan məhrum olan qadınları az da sevindirə bilirəmsə, bu mənim üçün böyük xoşbəxtlikdir”.

Konsert proqramından sonra məhkum xanımlar üçün Ruhi Əliyevanın təqdim etdiyi bayram süfrəsi açılıb və tort kəsilib.

Qeyd edək ki, 2015-ci ildən bəri R. Əliyevə öz doğum gününü və Beynəlxalq Qadınlar Gününü məhz 4 saylı cəzaçəkmə müəssisəsində qeyd edir.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR