İnsanlara hürriyət, millətlərə istiqlal!

Sənət aləminin çoxuşaqlıları – Onlar bəhsə giriblər?

6246 07.06.2016 17:02 Şou-biznes A A

Sənət adamlarının şəxsi həyatı, ailə münasibətləri və övladları insanların daim maraq dairəsində olub. Ötən gün xalq artisti Gülyanaq Məmmədovanın 4-cü dəfə ana olmağa hazırlaşması barədə mətbuatda məlumatlar yayılıb. 

Xəbəri  musavat.com saytına açıqlamasında təsdiq edən sənətçi bildirib ki, ana olması ilə bağlı xəbərlərlə gündəmə gəlmək istəməyib: “Bilmirəm ki, hamilə olmağım barədə media nümayəndələri haradan xəbər tutub. Allah qismət etsə, dördüncü dəfə ana olacağam. Səhhətim yaxşıdır, hamiləliyin ilk aylarını yaşadığım üçün susurdum, təhlükəli zamanlardır, vaxt keçməsini istəyirdim. Əslində, bu haqda danışmaq istəmirdim, utanıram, böyük-kiçik var. Allah övlad payı verib, bununla gündəmə gəlmək istəmirəm. Allah balamı sağ-salamat qucağıma almağı qismət etsin, övladı olmayanlara bala payı versin”. 

Xalq artistinin 4-cü dəfə ana olmağa hazırlaşması “Şou-biznesin çoxuşaqlı nümayəndələrini” bir daha gündəmə gətirib. 

Musavat.com çoxuşaqlı yerli məşhurların siyahısını hazırlayıb. 

Xalq artisti Mələkxanım Əyyubova sənət aləminin çoxuşaqlı analarındandır. Onun iki qızı və iki oğlu var.

Mələkxanım Əyyubovanın ailə - Fotoları

Xalq artisti Fidan Hacıyeva iki oğul və 1 qız anasıdır. O İngiltərə vətəndaşı ilə ailə qurub.

Fidan Hacıyeva həyat yoldaşı ilə tanışlığından danışdı

Əməkdar artist Fərqanə Qasımova da çoxuşaqlı analar siyahısındadır. Üçüz anası olan xanəndənin iki qızı, bir oğlu var.


Əməkdar artist Murad Dadaşov 3 oğul atasıdır. O tez-tez qız atası olmaq istədiyini dilə gətirir.



Aparıcı Rövşən Cahangirovla ailəli olan  müğənni Elnarə Xəlilovanın bir qızı, iki oğlu var. O dördüncü dəfə ana olmağa hazırlaşır.


Müğənni İzzət Bağırov da 3 oğul atasıdır. Böyük oğlunun adı Əli olan müğənninin digər övladları əkizdir.


2010-cu ilin avqustun 10-da Elçin adlı televiziya rejissoru ilə ailə quran müğənni Xuraman Şuşalının 3 övladı var. Müğənni 2011-ci ilin may ayında oğlu Məhəmməd Mehdini,  2012-ci ildə qızı Suranı, 2014-cü ildə isə sonbeşik oğlunu dünyaya gətirib.  


Müğənni Roza Zərgərlinin bir bioloji qızı var və hazırda ailəlidir. O,  Bənövşə və Corcu isə övladlığa götürüb.  Zərgərlinin hazırda aktyorluq edən Corcun qardaşını da övladlığa götürdüyü deyilir.


Müğənni Nura Suri  üç oğlan anasıdır. Onun övladlarının adı Möhsin, Xosrov və Daviddir. 


Müğənni Elçin Hüseynovun 2 qızı, 1 oğlu var. Övladlarının adları Raya, Röya və Pənahdır.


“Eurovision-2009” təmsilçimiz, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, xalq artisti, pianoçu Murad Adıgözəlzadə ilə ailə həyatı quran Aysel Teymurzadə də çoxuşaqlı analar karvanına qoşulub.  İki oğul övladı olan Tüymurzadə üçüncü dəfə ana olmağa hazırlaşır.

Könül İbrahim
Musavat.com




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR