Məlum olduğu kimi, karantin rejimi səbəbindən bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq olunur.
Bu isə qeyri-iş günlərində insanların həyatını çətinləşdirir. İctimai nəqliyyatdan daha çox şəxsi avtomobili olmayan vətəndaşların istifadə etdiyini nəzərə alsaq, şənbə-bazar günlərində daha çox vəsait xərcləyərək taksi sifariş etməli olurlar ki, bu da aztəminatlı insanlar üçün ciddi məsrəf deməkdir.
Cəmiyyətin əksər hissəsində narahatlıq doğuran Operativ Qərargahın bu qərarı ilə bağlı ictimai rəyi daha yaxından öyrənməyə çalışdıq. Paytaxt sakinləri arasında keçirdiyimiz soğrudan bəlli oldu ki, bu məsələ onların həyatını ciddi şəkildə çətinləşdirib.
Alim Liftiyev
Elçin Əkbərov
Musavat.com






