İnsanlara hürriyət, millətlərə istiqlal!

Senator Elizabet Uorren: "Trampı Ağ Evdən qovmaq üçün Konstitusiyanın 25-ci düzəlişindən istifadə etmək lazımdır"

741 07.09.2018 15:01 Dünya A A

Donald Tramp hakimiyyətə gəldiyi gündən iqtidarının ən böhranlı günlərini yaşayır.

Xüsusilə Ağ Ev içərisində ona xəyanət edən bir əməkdaşın “Nyu-York Tayms” qəzetinə anonim açıqlamaları administrasiyanın işləmə qabiliyyətinə ciddi kölgə salıb.

Bu vaxta qədər D.Trampın yalnız Rusiya ilə əlaqələri ilə bağlı mövzusunu qabardan rəqib Demokrat parityası indi həm jurnalist Bob Vudvordun kitabındakı faktlardan, həm də sonuncu “Ağ Evdəki xain” məsələsindən möhkəm yapışıblar.

Bunlardan biri də Massaçusets ştatından olan senator, 2020-ci ildə keçiriləcək prezident seçkilərində Demokrat partiyasının real namizədlərindən sayılan Elizabet Uorrendir.

Musavat.com CNN kanalına istinadən xəbər verir ki, demokrat senator məsələni artıq konstitusiya səviyyəsinə gətirib çıxarıb və ölkənin əsas qanununa edilən 25-ci düzəlişə görə (prezidentin fəaliyyət qabiliyyətsizliyinə görə vaxtından əvvəl kənarlaşdırılması və onun yerinə vitse-prezidentin keçməsini nəzərdə tutan-red.) Donald Trampın öz vəzifəsinin öhdəsindən gəlmədiyi üçün ölkə idarəçiliyindən uzaqlaşdırılmasını təklif edib.

Картинки по запросу Elizabeth Warren 25th amendment trump cnn

“Əgər administrasiyanın yüksək rütbəli məmuru Birləşmiş Ştatların prezidentinin öz işini görmədiyini deyirsə, o zaman 25-ci düzəlişin tətbiqi lazımdır. Konstitusiya vitse-prezidentin və yüksək vəzifəli şəxlərin dövlət başçısının öz işinin öhdəsindən gələ bilmədiyi barədə qənaətə gəlmələri halında nə ediləcəyini göstərib.

Qanunlarda prezidentin masasından sənəd oğurlamaq, qəzetlərə anonim məktublar yazmaq kimi bir iş nəzərdə tutulmayıb. Onların hamsı and içərək öz vəzifələrinə başlayıblar. İndi əsl işlərini həyata keçirmək vaxtdır ”, E.Uorren CNN-ə verdiyi müsahibədə bildirib.

Qeyd olunur ki, prezidentin öz işini icra edə bilməməsi və bu səbəbdən administrasiya üzvlərinin 25-ci düzəlişdən istifadə edərək onu işdən kənarlaşdırmaq istəməsi faktı “Nyu-York Tayms” qəzetinə göndərilən anonim məktubda da qeyd olunub.

Картинки по запросу new york times trump anonymous

Ağ Ev isə həmin adamı qorxaq və xain adlandırır.

Lakin birdən-birə, tamamilə sağlam görünən bir dövlət rəhbərinə sadəcə 25-ci düzəlişə görə impiçment tətbiq etmək məsələsinə Trampa ən qatı düşmən olanlar içində ehtiyatla yanaşanlar çoxdur.

Elizabet Uorren isə məsələnin konstitusiya böhranına səbəb olacağı fikrini rədd edir:

“Əgər administrasiyanın yüksək vəzifəli şəxsləri prezidentin öz işini görə bilmədiyinə inanırlarsa, və daha sonra konstitusiyada göstərilən qaydalara əməl etmirlərsə hansı böhrandan danışa bilərik. Burada iki variant var. Ya bu adamlar Ağ Evin indiki sahibinin iş qabiliyyətinin olmadığını müəyyənləşdirib Konstitusiyanın qaydalarına əməl etməli (yəni impiçment-red.), ya da prezident onlara nə deyirsə, riayət etməlidirlər”.

Qeyd etmək lazımdır ki, hazırda senator E.Uorren dogma ştatında noyabr ayında keçiriləcək Senat seçkilərində öz yerini qorumaq uğrunda mübarizə aparır. Onun Respublikaçılar partiyasından rəqibi hüquqşünas, Massaçusets Nümayəndələr palatasının üzvü Ceff Dildir.

E. Uorrenin qalib gələcəyi təqdirdə prezidentlik yarışına girişəcəyini istisna etməyib.

Elizabet Uorren özü Donald Trampın tvitter hesabında tez-tez qəzəblə xatırladığı siyasətçilərdən sayılır. Ağ Evin sahibi onu hətta istehza ilə “Pokahontas” adlandırır. (Elizabet Uorrenin vaxtilə universitetdən təqaüd almaq üçün guya ulu nənələrindən birinin Amerika hindusu olduğunu göstərdiyi iddia edilib).

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR