İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sən üzünü çox yaxşı göstərdin” – “Maşın”ın finalında dava... (Video)

3700 17.10.2019 19:12 Qalmaqal A A

“Maşın” şounun finalı qalmaqallı davam edir.

Musavat.com  xəbər verir ki, proqramın ötən gün yayımlanan buraxılışında avtomobilin ətrafında dayanan aparıcı Suna Kasımoğluna digər finalçılar müğənni Ramal İsrafilov Lalə Mustafayevaya təzyiq edib. Onlar öncə “Yaşa, Azərbaycan” mahnısını oxuyaraq, Sunaya söz atıblar. 

Daha sonra Ramal Sunaya təklif edib ki, əlini maşından çəksin və sonda avtomobil Laləyə qalsın: “İkimiz də əlimizi çəksək, istəyərəm ki, maşın Lalənin olsun”.

Aparıcı isə onunla razılaşmayıb. L.Mustafayeva isə onun bu addımına “Lalənin anası üç dəfə şok yaşadı, tamaşaçıları bütün pulları xərclədi, özü mikroinfarkt keçirdi. Suna heç nə etmədi, sadəcə susdu. İndi isə əlini çəkmək istəmir” sözləri ilə etiraz edib.

Onun bu sözləri S.Kasımoğlunu özündən çıxarıb: “Lalə, yaxşısan? Haqlı və ya haqsız yolla finala gəlməyim barədə fikirləriniz mənə maraqlı deyil. Çöldə görüşməyəcəyim insanlardan birisən. Qorxuna görə insanlardan üzr istədin. Səninlə nə burada, nə də çöldə danışmaq istəmirəm. Sən üzünü çox yaxşı göstərdin”.

Qeyd edək ki, ötən günlərdə səsverməyə çıxan L.Mustafayeva S.Kasımoğlu haqda “Belə bir böyük yarışma qardaş Türkiyədə olsaydı, yəqin azərbaycanlı 11 gün qalmazdı. Böyük diqqət göstərmişik” deyə, söyləmişdi.

O, daha sonra Sunadan üzr istəmişdi. 

Könül
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR