İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdəki dəhşətli qəzanın TƏFƏRRÜATI

902 07.11.2022 20:16 Hadisə A A

Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ölənin şəxsiyyəti məlum olub.

Musavat.com-un "Report"a istinadən məlumatına görə, yol-nəqliyyat hadisəsi zamanı 55 yaşlı Telman Sultan oğlu Kərimov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, hadisə Şəmkir rayon "Səbət" bazarı yaxınlığında qeydə alınıb. "Ford" markalı kiçik tutumlu yük maşınının idarəetmədən çıxaraq yol kənarında dayanan minik avtomobilinə çırpılması nəticəsində minik maşının qarşısında dayanmış həmin nəqliyyat vasitəsinin sürücüsü zərbənin gücündən maşının altında qalıb və aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR