İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkirdə itkin düşmüş şəxsin meyiti dağda tapıldı

791 23.02.2019 12:45 Son xəbər A A

Ötən gün Şəmkirdə itkin düşmüş şəxsin meyiti tapılıb. Belə ki, Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, fevralın 22-də gecə saatlarında FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1961-ci il təvəllüdlü Hüseynov Firudin Əli oğlu Şəmkir rayonunun Aşağı Seyfəli kəndində dağlıq ərazidə naməlum şəraitdə itkin düşüb.

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri axtarışlara cəlb olunub. Axtarış işləri nəticəsində F.Hüseynovun meyiti tapılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR