İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkir RİH başçısı və kollektivi bir aylıq maaşlarını koronavirusla mübarizə tədbirlərinə bağışladılar

488 24.03.2020 19:26 Ölkə A A

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi də Prezident Cənab İlham Əliyevin koronavirusla mübarizə ilə bağlı çağırışına dəstək veriblər.

Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı və icra hakimiyyətlərinin əməkdaşları Azərbaycan Respublikası Prezidentinin ölkədə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq, 1 aylıq vəzifə maaşlarını dövlət başçısının 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməyi qərara alıblar.

Koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədilə yaradılan Koronovirusla Mübarizəyə Dəstək Fonduna fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirə bilər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR