İnsanlara hürriyət, millətlərə istiqlal!

Səməndər Rzayevin məzarı baxımsız qalıb? - qızından REAKSİYA

2560 10.02.2024 09:13 Gündəm A A

Bu günlərdə mərhum Əməkdar artist Səməndər Rzayevin məzarının baxımsız qalması ilə bağlı sosial şəbəkələrdə, bir sıra mətbuat orqanlarında məlumat yayılıb.

Musavat.com bildirir ki, məsələ ilə bağlı mərhum aktyorun qızı Rübabə Səməndər sosial şəbəkədə reaksiya verib.

O, yayılan iddiaların və görüntülərin yalan olduğunu bildirib:

“Allah bəlasını versin bunu düzəldib paylaşanların. Bu qədər şərəfsizlik olmaz. Saytlardan biri Yasamal qəbiristanlığından reportaj hazırlamışdı. Atamın məzarının montaj olunmuş fotosunu da manşetə çıxarmışdı. Baş redaktora zəng vurub iradımı bildirdim. Guya fotonu yazıdan götürdülər. İndi bilirəm ki, sən demə, belə bir iyrənc çarx düzəldib TikTok-da paylaşıblar. Heç nə demirəm, dünyasını dəyişmiş insanların ruhunu aşağılayan, onların varislərinin heysiyyatı ilə oynayan hər kəs mən yaşadığımı yaşasın".

Daha sonra Rübabə Səməndər qəbirstanlıqdan foto paylaşaraq qeyd edib:

“Budur ailəmin məzarı. Görün burada baxımsızlıqdan əsər- əlamət varmı? Allah atamın haqqında olmayan əhvalatlar, səviyyəsiz lətifələr uydurub yayımlayanların, ruhunu incidənlərin bəlasını versin”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR