İnsanlara hürriyət, millətlərə istiqlal!

SƏMƏD SEYİDOV MÜXALİFƏTÇİ TƏLƏBƏ OVUNA ÇIXIB

2647 28.02.2010 09:52 Ölkə A A
Universitetdən PİA-ya bildirildiyinə görə, qəzəblənən rektor məsələni mətbuata çıxardığına görə tələbələri universitetdən qovur. Hətta məlumata görə, rektor bu işi araşdırmaq üçün xüsusi adamlar ayırıb ki, həmin tələbələri tapsın. Verilən məlumatlarda deyilir ki, bir neçə tələbə qovulub, bir neçəsinə də xəbərdarlıq edilib.
Dünən isə bu informasiyaları qəzetimizə ötürən şəxs bizə telefon açaraq bildirdi ki, Səməd Seyidovun apardığı siyasət bolşevik siyasətidir: “Mətbuatda gedən yazılara görə, Səməd Seyidov bütün nəzarətini itirib. Artıq universitetdə müxalifətyönlü tələbələrlə bağlı araşdırmalar aparılır. Bir neçə tələbə universitetdən kənarlaşdırılıb. Səməd Seyidovdan xahiş edirəm ki, tələbələri təhdid etməkdən əl çəksin. Qovduğu tələbələri isə universitetə bərpa etsin. Bundan sonra mən adımı açıqlayacağam”.
Qeyd edək ki, bu ali məktəbin ikinci ingilis dili fakültəsinin rəhbərliyi rektor Səməd Seyidovun əmri ilə işdən azad edilib. Fakültənin dekanı Leyla Xanbutayeva, dekan müavini və bütünlüklə heyət S.Seyidovun qəzəbinə tuş gəlib. Bizə çatan məlumata görə, buna səbəb onların tələbələrdən rüşvət yığıb yuxarı ötürməməsi olub. Hazırda fakültədə nə dekan var, nə dekan müavini, nə də başqa rəhbər vəzifəli şəxs. Universitet rəhbərliyi bu faktı inkar etsə də əməkdaşımız universitetə gedərkən nə Leyla xanımı, nə də ki, onun müavinin iş başında tapmayıb. Leyla xanımın vəzifəsindən qovulduğunu isə tələbələr və müəllimlər təsdiqləyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR