SEL KÖÇKÜNLƏRİNİN PROBLEMLƏRİ HƏLL OLUNUR?
Dünən İ.Əmiraslanov qəzetimizlə əlaqə saxladı. O bildirdi ki, Bakıda heç bir mitinq keçirilməyəcək: “Məlumat doğru deyil. Cənab prezidentin səfərindən sonra problemlərin həlli istiqamətində işlər daha da sürətləndirilib. Kompensasiyaların verilməsi prosesi davam edir, seldən zərərçəkənlərə mənzillər tikilir. Doğrudur, problemlər əvvəl həll olunmurdu. Ancaq indi bütün işlər kompleks şəkildə gedir. Bundan başqa, məktəb və başqa tikililər inşa olunur. Yaxın vaxtlarda istifadəyə veriləcək. Biz görülən işlərdən narazı deyilik. Mitinq olmayacaq. Prezidentimizin diqqəti və qayğısını inkar edə bilmərik. Su basan kəndlərin problemləri həll olunur”.
Onu da deyək ki, “Yeni Müsavat” qəzeti Kürqırağı bölgələrdə baş verən təbii fəlakəti ilk gündən obyektiv şəkildə işıqlandırır və indiyə qədər həmin zonanın problemlərini, əhalinin şikayətlərini çap edir.