Karib dənizinin aydın mavi sularının ortasında yerləşən adalar ilk baxışdan təbiət möcüzəsi kimi görünür. Amma yaxından reallıq heç də belə deyil. Uzaqdan heyrətamiz dərəcədə gözəl olan bu iki ada uşaq yaşda olan qurbanların ən acı xatirələrinə şahid olub. Beləliklə, adalar kabuslu xatirələr ilə doludur.
Qeyd edək ki, adalar bir vaxtlar dünyanın ən qorxulu seks alveri cinayətkarı kimi tanınan, 2019-cu ildə həbsxana kamerasında intihar edən Cefrey Epsteynə məxsus olub. El arasında "pedofiliya adası" kimi tanınan bu iki ada hazırda satışa çıxarılıb. Adaları kimin almaq istəyəcəyi hələ məlum olmasa da, vaxtilə dəhşətli hadisələrin yaşandığı bu iki məkan üçün tələb olunan qiymət 125 milyon dollardır.
Adalsr ABŞ-ın Virgin adaları arasında yerləşir. Biri Kiçik Müqəddəs Ceyms digəri Böyük Müqəddəs Ceyms adlanır.
2019-cu ildə Epsteynin ölümündən sonra FTB agentləri və təhlükəsizlik qüvvələrindən başqa adalara kimsə gəlməyə cəhd etməyib.
![]()
Epsteynin daşınmaz əmlakla bağlı vəkili Daniyel Veynerin açıqlamasına görə, uşaq yaşlı qurbanların acı xatirələri ilə dolu olan bu iki adanın satışından əldə edilən gəlir, əlaqədar məhkəmələrin xərclərini qarşılamaq üçün istifadə ediləcək.
Epsteyn vaxtilə ilk olaraq 1998-ci ildə Kiçik Müqəddəs Ceyms adasını alıb və ona 7,95 milyon dollar ödəyib. Zamanla Epsteynin adı ilə tanınmağa başlayan bu adada geniş kitabxana, yapon hamamı və kino zalı olan villa var. Həmçinin adada böyük əsas iqamətgah, üç kortec və qonaqlar üçün gözətçi evi, içməli su əldə etmək üçün xüsusi su təmizləmə sistemi, helikopter meydançası və liman da mövcuddur.
![]()
Polis araşdırmalar zamanı bu adada daha bir qorxunc tikili aşkar edib. Xarici görünüşü ağ-mavi rəngə boyanmış kiçik bir ev ilk baxışdan məbəd kimi görünsə də, dəhşətli məqsədə xidmət edirdi. Bu evin qapısı içəridəki qurbanların çölə çıxmasının qarşısını almaq üçün nəzərdə tutulmuşdu. Adanın ətrafında daim köpək balıqları olub. Kimsə qaçmaq istəsə ölüm riskini nəzərə almalı idi.
Epsteyn Böyük Müqəddəs Ceyms adlanan ikinci adanı 2016-cı ildə alıb və ona 20 milyon dollar ödəyib. Adada amfiteatrı olan malikanə tikilməli idi. Lakin ekoloji qaydalara əməl olunmadığından bu tikinti 2018-ci ildə dayandırılıb.
2020-ci ildə işə baxan məhkəmə kollegiyasına qənaətinə görə Epsteyn uşaq yaşlı qurbanlarını ya şəxsi təyyarə ya da öz yaxtası ilə qaçmaq mümkün olmayan bu iki adaya gətirirmiş.
O da məlumdur ki, Nyu-Meksikada Epsteynin ferması olub və bu fermada xüsusi genetik təcrübələr aparılıb.
![]()
Epsteynin qurbanlarından biri ötən il ABŞ-ın Los-Anceles şəhərində mətbuat konfransında jurnalistlərin və televiziya yayımçılarının qarşısına çıxıb. Adını açıqlamayan 31 yaşlı gənc qadın Cefri Epsteynin qurbanlarından biri olduğunu bildirib. Gənc qadının sözlərinə görə, Epsteyin ilə tanış olanda onun 15 yaşı olub.“Epsteyn mənə elektron cihaz hədiyyə etdi və sonra məni təqib etməyə başladı. Daha sonra isə şəxsi təyyarəsi ilə Nyu Meksikodakı evinə apardı. Orada özü və dostu mənə təcavüz etdi. Daha sonra isə məni Virgin adalarındakı evinə dəvət etdi və dedi ki, şahzadə Endryu da orada olacaq".
Gənc qadın daha sonra qeyd edib ki, Epsteynin Nyu Meksikodakı fermasında xüsusi irqə malik insan yaratmaq üçün 20 qadın özəl üsullarla hamilə salınıb. Yeni insan nəslinin yaradılması üçün hətta fermaya ABŞ-ın genetika sahəsində ən aparıcı alimlərin dəvət olunub.
Xalidə Gəray
Musavat.com






