İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəkidə yük maşını qadın piyadanı vuraraq öldürüb

575 20.11.2018 22:23 Hadisə A A

Şəki rayonunda zibil daşıyan maşın 84 yaşlı qadını vuraraq öldürüb.

“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, şəhərin Yaqub Süleymanov küçəsi, ev 14 ünvanında yaşayan 1934-cü il təvəllüdlü Təyarə Abdulla qızı Hüseynovanı avtomobil vurub. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ancaq T.Hüseynova ilkin müayinədən sonra övladlarının təkidi ilə xəstəxanadan evə aparılarkən yolda ölüb.

Faktla bağlı Şəki şəhər rayon Polis şöbəsində araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR