İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəkidə IV Beynəlxalq Qafqaz Motofestivalının açılışı olub (FOTOLAR)

514 28.08.2015 23:19 Ölkə A A


Bu gün avqustun 28-də Şəkidə IV Beynəlxalq Qafqaz Motofestivalının açılış olub. Üç gün ərzində davam edəcək festivalın açılışı Şəki Olimpiya Kompleksində baş tutub.
Musavat.com xəbər verir ki, festival “Harley Davidson” “Baku HOG Azerbaijan”, Şəki İcra Hakimiyyəti, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Çingiz Mustafayev Fondunun təşkilatçılığı ilə həyata keçirilir.

Axşam saatlarında başlayan açılış mərasimi “Natiq” ritm qrupunun ifası ilə başlayıb. Daha sonra çıxış edən ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və Şəki İcra hakimiyyətinin başçısı  Elxan Usubov layihənin həyata keçirilməsində dəstəyi olan hər kəsə öz təşəkkürünü bildirib, festival iştirakçılarına uğurlar arzulayıblar.

Çıxışlardan sonrakı konsert proqramında dünya şöhrətli musiqiçilər və yerli müğənnilər çıxış ediblər. Daha sonra açılış mərasimi əsrarəngsiz konsert proqramı ilə davam edib.

Qeyd edək ki, Qafqaz Moto festivalı çərçivəsində sərgi-yarmarka da təşkil ediləcək. Sərgi-yarmarkada motobrendlər, moto və digər aksessuarlar, həmçinin Azərbaycan mədəniyyətini əks etdirən əşyalar nümayiş olunacaq. Festival iştirakçıları xüsusi turlar vasitəsilə gün ərzində şəhərin tarixi abidələri  ilə tanış ola biləcəklər.

Xalidə Gəray, Musavat.com
Şəki

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR