İnsanlara hürriyət, millətlərə istiqlal!

Səkidə əlil arabasında gedən qadını yük maşını vurdu - o, hadisə yerində həlak oldu FOTO

1071 26.10.2021 12:40 Hadisə A A

Türkiyənin Antalya şəhərində yük avtomobili piyada səkisində əlil arabası ilə hərəkət edən azərbaycanlı qadını vurub, qadın hadisə yerində həlak olub.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hadisə dünən oktyabrın 25-də axşam saat 19.30 radələrində baş verib. Antalyanın Kəpəz rayonunun Yıldırım Beyazit küçəsində yük avtomobili sürücüsü işıqfora yaxınlaşanda ehtimala görə, tormoz əvəzinə qaz pedalına basıb. Bu zaman avtomobil əvvəlcə başqa avtomobilə çırpılıb, ardınca səkiyə çıxaraq orada əlil arabası ilə irəliləyən Azərbaycan vətəndaşı, 46 yaşlı Arzu Bağırovanı və qardaşı Əhməd Bağırovu vurub.

Ətrafdakılar təcili yardım çağırıblar, hadisə yerinə təcili yardım briqadası və polislər gəlib. Məlum olub ki, əlil qadın hadisə yerində can verib, qardaşı isə ağır yaralanıb. Onu xəstəxanaya aparıblar, qadının meyiti isə müayinə üçün morqa təhvil verilib. Qəzanı törədən sürücü saxlanılıb, o ilkin dindirmədə işıqfora yaxınlaşanda həyacanlandığını və tormoz yerinə qaza basdığını deyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR